Kurort-sanatoriya şəbəkəsi təkmilləşdirilir

 

Hər bir ölkə, xüsusilə Azərbaycan kimi belə gözəl yerlərə, təbii sərvətlərə malik olan bir ölkə mütləq turizmi inkişaf etdirməlidir. Təbii sərvətlər, neft, qaz - bunlar tükənən sərvətlərdir. Ancaq ölkəmizin dayanıqlı inkişafı üçün daim gəlir gətirən sahələr mütləq inkişaf etməlidir”.

İlham ƏLİYEV

 

Sağlamlıq, harmoniya, komfort!

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) “KurortQapalı Səhmdar Cəmiyyətinin tibbi personalı məhz bu devizlə yaz-yay mövsümünə başlamışdır. Konfederasiyanın nəzdində 8 sanatoriya, 1 müalicə pansionatı 10 istirahət bazası fəaliyyət göstərir. Bu sanatoriyalardan yalnız 6-sı mütəmadi olaraq ilboyu insanlara xidmət edir. Digər 2 sanatoriya 10 istirahət bazası mövsümi işləyir. ArtıqKurort” QSC-ninBilgəhkardioloji, MərdəkandakıAbşeronmədə-bağırsaq, “Qaranquşuroloji, “Günəşlinevroloji NaftalandakıAzərbaycansanatoriyaları təzə mövsümə tam hazırdır. İndiyədək cəmiyyətin təşəbbüsü ilə keçirilmiş elmi-praktik konfranslar, yığıncaqlar digər tədbirlər nəticəsindəKurortsanatoriya şəbəkəsində çalışan 800 nəfərlik tibbi-iaşə texniki işçi kollektivlərinin peşəkarlıq səviyyəsi daha da yüksəldilmişdir. Bir ilə yaxındır ki, əsaslı təmir yenidənqurmadan sonraŞıxsanatoriyası öz qapılarını əməkçilərin üzünə açmışdır. Burada əsasən dayaq-hərəkət sistemi xəstəliklərinin müalicəsi həyata keçirilir. İndi bu sanatoriyaya gələnlər şəraitdən nümunəvi xidmətdən çox razılıq edirlər. 120 çarpayılıq şəfa ocağı 1, 2 3 nəfərlik otaqlardan ibarətdir. Bu müalicə istirahət ocağı ilk növbədə beynəlxalq standartlara cavab verir heç Avropa sanatoriyalarından seçilmir. Əsas məsələ odur ki, “Kurort” QSC-nin bütün kollektivi var qüvvə iləAzərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsinə çalışır, nümunəvi xidməti daha da yüksəldirlər. Təsdiq olunmuş bu Dövlət Proqramı ölkədə müalicə müəssisələrinə göstərilən diqqət qayğının bariz nümunəsidir.

- İlk öncə qeyd etməliyəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı sosial siyasətə uyğun olaraq Azərbaycan Həmkarlar İttifaqları yeni kurort-sanatoriya müəssisələrinin, müasir standartlara cavab verən turist bazalarının tikilməsi, mövcud sağlamlıq ocaqlarının təkmilləşdirilməsi abadlaşdırılması istiqamətində çoxlu işlər həyata keçirilmişdir. AHİK-in sədri Səttar Mehbalıyev Dövlət Proqramının yerinə yetirilməsi işini daim diqqətdə saxlayır birbaşa nəzarət edir. AHİK rəhbərliyi bu gün QSC-nin bütün şəfa ocaqlarında yenidənqurma işlərinə başlamaq, bütün sanatoriyaları beynəlxalq standartlara uyğunlaşdırmaq fikrindədir. Əlbəttə, nailiyyətlərimiz irəlidədir - deyəKurort” QSC-nin sədri Əbil Ağasıyev söhbətə başladı:

- Yazın ətri gələn kimi sanatoriyalarımıza müraciət edənlərin sayı çoxalır. Bu il 3 min çarpayılıq şəfa ocaqlarımızda 12-13 min nəfər əməkçinin dincəlməsini planlaşdırmışıq. Hazırda personallarımızBilgəh”, “Abşeron”, “Qaranquş”, “Şıx başqa sanatoriyalarda 1000 nəfərədək xəstəyə qulluq göstərirlər. Məqsədimiz insanların sağlamlığını qorumaq onlara şəfa verməkdir. Ancaq bununla işimizi bitmiş hesab etmirik. Artıq bu il tibbi turizmin qəbulu ilə bağlı Rusiya Federasiyasının bir neçə iri şirkəti ilə müqavilə bağlamışıq. Gözlədiyimizə görə nəticə ürəkaçan olacaq. Qarşıya qoyulmuş əsas vəzifəmiz Azərbaycana turist axınını daha da gücləndirməkdir.

Yeri gəlmişkən qeyd etməliyəm ki, talasaterapiya deyilən bir müalicə növü var ki, dəniz yosunlarından hazırlanmış məhlul ilə toksinləri dəridən təmizləyir. Talasaterapiya əsasən Mərakeş Tunisdə çox yayılmışdır. Bu müalicə növünü Azərbaycana gətirmək, kurort sanatoriyalarımızda onu tətbiq etmək fikrindəyik. Bu, çox dəyərli müalicə üsuludur.

İndi ölkəmizdə insanların sağlamlığının qorunması, müalicə istirahətlərinin təşkili üçün kurort-sanatoriya şəbəkəsi ildən-ilə təkmilləşdirilir daha da genişləndirilir. İndi sanatoriyaların korpuslarının ərazilərinin yeni görkəmdə müasirləşdirilməsi sağlamlıqla yanaşı, şəfa ocaqlarında dincələnlərə daha xoş təsir bağışlayır, onların zövqünü oxşayır. Onlar boş vaxtlarında tennis kortunda, idman meydançalarında səmərəli vaxt keçirir müxtəlif oyunlarda özlərini sınayırlar.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmişAzərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramıölkədə kurort-sanatoriya şəbəkəsinin daha da təkmilləşdirilməsi inkişafı ilə bağlı ənənəvi siyasətin davan etdirilməsi bu sahədə böyük uğurlara imza atılacağından xəbər verir...

Müalicə istirahət ocaqlarında, xüsusən Bilgəhsanatoriyasında dincələn insanlar həkim-kardioloq Akif Quliyev, Şərif Şahməmmədov başqalarından çox razılıq edirlər. Saatlı rayonunda yaşayan 40 ildən artıq müəllim işləmiş Güloğlan HəsənovGünəşlisanatoriyasının həkim-nevropatoloqu Fatma Quliyevanın təcrübəsindən insana qayğısından ağızdolusu danışır. Ədilə Yusifova, Şövkət Cəfərova, Ramiz Aslanov, Qasım Mayılov başqa xəstələr isəŞıxsanatoriyasında yaradılmış gözəl şəraitdən həkimlərin müalicəsindən həvəslə söhbət açırlar.

Bu gün respublikada bütün əməkçilərin sağlamlığının qorunması istirahətinin nümunəvi təşkili AHİK-in “KurortQapalı Səhmdar Cəmiyyətinin xüsusilə diqqət mərkəzindədir. Çünki Azərbaycanda hər bir əməkçinin, xüsusən təqaüdə çıxan insanların müalicə istirahətinin təşkili, həyat tərzinin yaxşılaşdırılması sosialyönümlü islahatlara geniş yer verilməsi ölkəmizdə artıq prioritet məsələyə çevrilmişdir. Bir sözlə, hər bir tədbir, hər bir sosial yenilik insanların mənafeyinə hesablanmışdır.

 

Məhərrəm SƏFƏRLİ,

 

Azərbaycan.- 2017.-27 aprel.- S.8.