Yeni islahatlar kursu əmək münasibətlərini uğurla tənzimləyir

 

Əhalinin layiqli işlə təmin olunması və əməyin mühafizəsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas prioritetlərindəndir

 

28 aprel Ümumdünya Əməyin Mühafizəsi Günüdür. İlk dəfə 1996-cı il aprel ayının 28-də Azad Həmkarlar Təşkilatının Beynəlxalq Konfederasiyası istehsalatda bədbəxt hadisələr nəticəsində vəfat edənlərin anma tədbirini keçirmişdir. 2003-cü ildən etibarən isə Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən 28 aprel Ümumdünya Əməyin Mühafizəsi Günü elan edilmişdir. Bu günün təsis olunması cəmiyyətin diqqətini işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmini, istehsalat qəzalarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi məsələlərinə cəlb etməkdir.

 

Təhlükəsizliyə və sağlamlığa xidmət edən tədbirlər sistemi

 

Əməyin mühafizəsi insanların təhlükəsizliyini, sağlamlığını, qabiliyyətinin qorunmasını təmin edən qanunvericilik, sosial-iqtisadi, təşkilati, texniki, gigiyenik və müalicəvi-profilaktik tədbirlər sistemidir. BƏT-in statistik məlumatına əsasən, dünyada hər 15 saniyədə 153 istehsalat qəzası baş verirbir işçi ölür. Nəticədə dünyada hər il əmək fəaliyyəti zamanı təxminən 339 milyon bədbəxt hadisə baş verir ki, bunun nəticəsində təqribən 160 milyon nəfər xəsarət alır və peşə xəstəliyinə tutulur. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində həlak olanların sayı hər il təxminən 2 milyon 340 min nəfər təşkil edir. Digər tərəfdən, bu hadisələr dünya iqtisadiyyatına hər il 2,8 trilyon ABŞ dolları həcmində ziyan dəyməsinə, dünya üzrə ÜDM-in 4 faizinin itirilməsinə səbəb olur.

Bu onu göstərir ki, əməyin mühafizəsi mühüm ictimai-iqtisadi problem kimi dövlətin, icarəçilərin və işçi birliklərinin daim diqqət mərkəzində olmalıdır. Çünki əməyin mühafizəsinə aid potensial imkanların layiqincə dəyərləndirilməməsi, ona qarşı diqqətsizlik irimiqyaslı iqtisadi itkilərlə nəticələnir.

Hazırda bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da qeyd edilən 28 aprel Ümumdünya Əməyin Mühafizəsi Gününun məqsədi istehsalatda və digər sahələrdə baş verə biləcək bədbəxt hadisələrin vaxtında qarşısının alınmasına, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına yönəldilən ictimai diqqətin gücləndirilməsidir.

Onu da xatırladaq ki, Azərbaycan BƏT-in əsas işçi hüquqları ilə bağlı 57 konvensiyasını qəbul edibonlardan 21-i əməyin mühafizəsinə və təhlükəsizliyinə aiddir.

 

Hər kəsin təhlükəsiz işləmək hüququ təmin olunur

 

Azərbaycan vətəndaşlarının əmək hüquqlarının qorunması, işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin təmin edilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ölkəmizdə hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu müəyyən edir.

Bununla yanaşı, cəmiyyətdə gedən ictimai-siyasi proseslər əmək məsələlərini və sosial-iqtisadi problemləri tənzimləyən milli qanunvericilik aktlarının təkmilləşdirilməsini və beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsini zərurətə çevirmişdir. Ona görə də ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından və Konstitusiyanın qəbulundan sonra əmək qanunvericiliyi sahəsində də ciddi islahatlar aparılmış, əmək münasibətləri və əməyin mühafizəsi sahəsində yeni normativ hüquqi aktlar qəbul edilmişdir. Aparılan hüquqi islahatların məntiqi nəticəsi kimi 1999-cu il iyulun 1-dən işçilərlə işəgötürənlər arasında əmək münasibətlərini tənzimləyən qanun - Azərbaycan Respublikasının Əmək Məcəlləsi qüvvəyə minmişdir. Əmək Məcəlləsinin 317 maddəsindən 33-ü məhz əməyin mühafizəsi normalarını, qayda və prinsiplərini, hüquqi, təşkilati, texniki, maliyyə təminatı məsələlərini əhatə etməklə işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması ilə bağlı işəgötürənlərin məsuliyyətinin müəyyən edilməsinə həsr olunmuşdur.

Məcəllənin 207-ci və 215-ci maddələrinə əsasən əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələblərinə işəgötürən və işçilər tərəfindən əməl edilməsi məcburidir. Təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq hər bir müəssisənin işəgötürəni müəssisənin istehsal etdiyi məhsuldan, gördüyü işdən, göstərdiyi xidmətdən asılı olmayaraq işçilərinə yerlərində sağlam və təhlükəsiz əmək şəraiti yaratmalıdır. İşəgötürən həmçinin işçilərin əməyinin mühafizəsi normalarına, qaydalarına və standartlarına əməl etmələrinə daim diqqət yetirməlidir.

Sağlam və təhlükəsiz əmək şəraitini yaratmaq işəgötürənlərin vəzifəsi olsa da, əmək müqaviləsi ilə işləyən hər bir işçinin də əməyin mühafizəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş vəzifələri var. Bu vəzifələr əməyin mühafizəsi üzrə müvafiq normativ hüquqi aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tədbirlərini öyrənmək, əmək prosesində daim həmin qaydalara əməl etməkdir.

Əmək Məcəlləsinin 223-cü maddəsinə əsasən əməyin mühafizəsi işinin təşkili və əməyin mühafizəsi üzrə qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi üçün müəssisələrdə işçilərin sayı əlli nəfərdən çox olduqda əməyin mühafizəsi xidməti yaradılmalıdır. İşçilərin sayı əlli nəfərdən çox olan müəssisələrdə əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi, işçilərin sayı beş yüz nəfərdən çox olan müəssisələrdə isə müəssisə rəhbərinin, yaxud baş mühəndisin əməyin mühafizəsi üzrə müavini vəzifəsi təsis edilir. Min nəfərdən çox işçinin çalışdığı müəssisələrdə sənaye-sanitariya laboratoriyası təşkil olunur, habelə əməyin gigiyenası üzrə həkim vəzifəsi təsis edilir.

İşəgötürənlərə müəssisədə əməyin mühafizəsi xidmətinin təşkilinə kömək məqsədilə 1999-cu ildə mülkiyyət formasından, təsərrüfatçılıq və ya təşkilati-hüquqi tabeçiliyindən asılı olmayaraq Azərbaycan qanunvericiliyi əsasında yaradılmış və fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi xidməti işinin təşkilinə dair tövsiyələr də hazırlanaraq qəbul edilib.

 

Tədbirlər sistemli və məqsədyönlüdür

 

İnsan hüquqlarının, o cümlədən əmək hüquqlarının təminatına ümummilli lider Heydər Əliyevin göstərmiş olduğu xüsusi diqqət və qayğı son 14 ildə Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Çünki hər bir vətəndaşın layiqli yeri ilə təmin olunması bu gün Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindəndir.

Bunun nəticəsidir ki, son illər dövlət tərəfindən əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi, qanuni mənafelərinin qorunması, əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminatın yaradılması istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Görülmüş tədbirlər nəticəsində iqtisadi artımın bazasında əhalinin gəlir əldə etmək imkanları daha da genişləndirilmiş, makroiqtisadi sabitliyin təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, bu sahədə əlverişli şəraitin yaradılması vasitəsilə tarazlı və bilavasitə yoxsulluğun azaldılmasına istiqamətlənmiş inkişafın reallaşdırılması, eləcə də müasir prinsiplər əsasında fəaliyyət göstərən sosial müdafiə mexanizmlərinin ölkənin iqtisadi mühitinə inteqrasiyasının prioritet kimi müəyyən olunması milli iqtisadiyyatın sosialyönümlüyünü daha da artırmışdır.

2006-cı ildən ölkədə tətbiq edilən və dövlət sosial sığorta sistemində fərdi uçota əsaslanan yeni sığorta-pensiya sistemi işçilərin pensiya və digər sosial təminatlarının daha effektiv reallaşdırılmasına imkan vermişdir.

Son on il ərzində minimum əməkhaqqının səviyyəsi 3,5 dəfə, ölkə üzrə orta aylıq əməkhaqqı 3,3 dəfə, əmək pensiyalarının baza hissəsi 3,1 dəfə, orta aylıq pensiya isə 4,7 dəfə artmışdır. Nəticə etibarilə ölkədə yoxsulluğun səviyyəsi 6 faizdən, işsizlik səviyyəsi isə 5 faizdən aşağı enmişdir.

 

Dövlət nəzarəti güclənir və qanunvericilik təkmilləşir

 

Son illər Azərbaycanda bir sıra iqtisadi proqramlar icra edilmiş, investisiya layihələri həyata keçirilmişdir. Bütün bunlar ölkəmizdə yeni yerlərinin açılmasına səbəb olmuşdur. Respublikamızda yeni yerləri yaradılmaqla yanaşı, işçilərin hüquqlarının qorunması da diqqət mərkəzində olmuşdur. Prezident İlham Əliyevin fərmanına əsasən Dövlət Əmək Müfəttişliyi Xidməti yaradılmaqla əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın statusu daha da artırılmışdır. Bu da əmək hüquqlarının təminatının ölkədə aparılan sosial siyasətin əsas komponentlərindən biri olduğunu göstərir. Xidmət əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi əsasında tənzimlənməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, prosesində əmək və əməyin mühafizəsi tələblərinə ( davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlillərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə və əmək qanunvericiliyinin tələblərinə uyğun digər istiqamətlərdə dövlət nəzarətini həyata keçirir. Eyni zamanda əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxsləri İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallardaqaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq dövlət orqanları qarşısında məsələ qaldırır, işəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərir.

Xatırladaq ki, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) da əməyin mühafizəsi, istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə qaydanormalara riayət olunması sahəsində çoxşaxəli fəaliyyət həyata keçirir. Məhz AHİK-in bu sahədəki uğurlu fəaliyyəti nəticəsində işçilərin sanatoriyalarda, kurortlarda istirahət və müalicələrinin təşkil olunması əməyin mühafizəsinə verilən mühüm töhfələrdir. Statistika da göstərir ki, AHİK-ə üzv olmuş idarələrdə, müəssisələrdə əməyin mühafizəsi daha təkmildir.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” 30 avqust 2007-ci il tarixli fərmanı isə tikinti sektorunda, ümumən digər sahələrində əməyin mühafizəsində, texniki təhlükəsizlik normalarının təmin olunmasında mühüm addım olmuşdur. Bütün bunlar göstərir ki, Azərbaycan Prezidenti işçi vətəndaşların hüquqlarının müdafiəsinə xüsusi diqqət və qayğı göstərir.

Azərbaycanda əmək hüquqlarının pozulmasına yol verərək inzibati xəta törətmiş məsul şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Belə ki, əmək qanunvericiliyinin pozulmasına - işçiyə qanunvericiliklə müəyyən edilmiş minimum əməkhaqqıdan aşağı məbləğdə əməkhaqqı verilməsinə, əmək məzuniyyətinin verilməməsinə, əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinin pozulmasına və s. kimi inzibati xətalara görə işəgötürənlər inzibati məsuliyyətə cəlb olunurlar.

Bununla yanaşı, son illər əmək hüquqlarının qorunması və əməyin mühafizəsinin möhkəmləndirilməsi istiqamətində qanunvericilikdə dəyişikliklər edilmişdir ki, bu da işəgötürənlərin işçilərin əmək hüquqlarına olan münasibətlərində məsuliyyətlərinin daha da artmasına gətirib çıxarmışdır. Belə ki, “Əmək qanunvericiliyinin pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunların qəbul olunması ölkəmizdə bu sahədə daha dolğun qanunvericiliyin formalaşmasına səbəb olmuşdur.

İşçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortasının təmin edilməsi üçün sığorta şirkətləri ilə qarşılıqlı faydalı əlaqələr də yaradılıb. Bu əməkdaşlığın nəticəsi kimi işləyən əhali tam şəkildə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə əhatə olunub.

 

İşəgötürənlər öz işçiləri üçün layiqli yeri yaratmalıdırlar

 

İşçilərə sağlamnormal əmək şəraitinin yaradılması, əməyin mühafizəsinin və texniki təhlükəsizlik qaydalarının təmin edilməsi, istehsalatda baş verən qəza hallarının, əmək xəsarətinin və peşə xəstəliklərinin qarşısının alınması yönündə ölkəmizdə fəal dövlət siyasəti yürüdülür. Reallıq da ondan ibarətdir ki, illər ötdükcə iqtisadiyyatın sürətlə inkişaf etməsinə, muzdlu işçilərin sayının artmasına, yeni yerləri və sahələrinin yaradılmasına rəğmən respublikada əməyin mühafizəsi üzrə statistik göstəricilər tədricən yaxşılaşmışdır. Lakin aparılan nəzarət və təlimatlandırma işlərinə baxmayaraq, hələ də əməyin mühafizəsi ilə bağlı neqativ hallar özünü göstərməkdədir. Bir sıra müəssisələrdə istehsalat qəzalarının qarşısının alınması üçün profilaktiki tədbirlərin görülməsində hələ də nöqsanlar mövcuddur. Azərbaycan hökuməti bu həssas məsələni diqqət mərkəzində saxlayaraq əməyin mühafizəsinə dair qanunlar qəbul etsə də, bəzən özəl sektorlarda buna əməl olunmadığı görünür. İstehsalatda təhlükəsizlik qaydalarına düzgün riayət edilmədiyi səbəbindən ötən il 175, bu ilin birinci rübündə isə 33 bədbəxt hadisə baş verib ki, bunun da nəticəsində 94 nəfər insan dünyasını dəyişib, 189 nəfər xəsarət alıb. Öz işini yerinə yetirərkən xəsarət alanya həlak olan şəxslərin özləri qədər onlara başçılıq edən də günahkar hesab olunmalıdır. Bədbəxt hadisələrin qarşısını almaq üçün isə vətəndaşların təhlükəsiz və sağlam şəraitdə işləmək hüququna xüsusi diqqət yetirilməlidir. İlk növbədə əməyin mühafizəsi haqqında hər bir işçi maarifləndirilməlidir, bundan əlavə, hər bir işçi işləməzdən öncə bu mövzuda hər hansı bilgiyə sahib olmalıdır.

2016-cı il ərzində müvafiq qurumlara vətəndaşlardan daxil olmuş müraciətlərin araşdırılması zamanı 420 halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilmişdir. Həmin hüquq pozuntularının əksəriyyətinin aradan qaldırılması təmin edilmiş, yoluna qoyulması vaxt tələb edən pozuntuların ləğvi üçün işəgötürənlərə göstərişlər verilmişdir.

Yol verilmiş hüquq pozuntularının təhlili göstərir ki, bütün pozuntuların 60 faizini işçinin əmək və məzuniyyət hüquqlarının pozulması, 20 faizini əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi, 9,3 faizini əmək müqavilələrinə qanunvericiliyin tələblərinin pozularaq xitam verilməsi, 10,7 faizini digər hüquq pozuntuları təşkil etmişdir. İqtisadiyyatın sahələri üzrə bu pozuntulara daha çox tikintidə (16,9 faiz), topdan və pərakəndə ticarət və avtomobillərin təmiri sektorunda (7,1 faiz), yaşayışın təşkili və ictimai iaşə sahələrində (8,1 faiz), emal sənayesində (9,8 faiz), təhsil sahəsində (6,6 faiz) və sair rast gəlinmişdir. İşəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulmasının 43,4 faizi sahibkarlıq subyektlərində baş vermişdir.

Görünən odur ki, dövlət tərəfindən təhlükəsiz və sağlam yerlərinin yaradılması, istehsalat mədəniyyətinin yüksəldilməsi, əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bununla yanaşı, iqtisadi uğurlarını daim artırmağa çalışan işəgötürənlər də ilk növbədə öz işçiləri üçün layiqli yeri yaratmalı, insanaqanuna hörmətini, həm də ümumbəşəri dəyərlərə sədaqətini ifadə etməlidirlər. İşəgötürənlər tərəfindən müəssisələrdə əməyin mühafizəsi normaları, qaydaları və standartlarına əməl olunmasının diqqət mərkəzində saxlanılması, işçilərin təlimatlandırılması və biliklərinin artırılması işinin təşkili istehsalatda baş verəcək bədbəxt hadisələrin qarşısının alınmasında mühüm rola malikdir. Yalnız bu zaman peşəsini yerinə yetirən şəxslərin təhlükəsizliyi dolğun qorunar.

 

Yeni iqtisadi islahatlar əmək münasibətlərini də əhatə edir

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində də Azərbaycan iqtisadiyyatına rəqabətqabiliyyətli işçi qüvvəsinin cəlbi, əmək bazarında çevik siyasətin həyata keçirilməsini təmin edən institutlar vasitəsilə sosial dialoqun inkişafı və inklüziv məşğulluğun artmasına nail olunması, habelə əmək resurslarından səmərəli istifadə nəticəsində əmək məhsuldarlığı səviyyəsinin yüksəldilməsi əsas strateji hədəf və prioritetlər kimi müəyyən edilmişdir.

Qeyd olunan hədəflərə nail olmaq üçün ölkədə qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması və iqtisadi fəallığın yüksəldilməsi, işaxtaranişsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun yaxşılaşdırılmasına yönəlmiş institusional mühitin təkmilləşdirilməsi istiqamətində tədbirləri davam etdirmək zəruridir. Bu məqsədlə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanının tətbiqi ilə əlaqədar ölkədə işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, habelə əmək münasibətləri iştirakçılarının digər əmək hüquqlarının və təminatlarının effektiv müdafiəsinin təmin edilməsi və bu sahədə dövlət orqanları arasında koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə Prezident İlham Əliyevin 17 mart 2017-ci il tarixli sərəncamı ilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılıb.

Komissiyanın vəzifəsi ölkədə işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsini, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsini, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsini, habelə əmək münasibətləri iştirakçılarının digər əmək hüquqlarının və təminatlarının effektiv müdafiəsinin təmin edilməsini və bu sahədə dövlət orqanları arasında koordinasiya olunan siyasətin həyata keçirilməsini təmin etməkdir.

Komissiya ölkədə əmək bazarının mövcud vəziyyətini, o cümlədən qanunvericiliyi təhlil edərək əmək münasibətlərinin tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla inzibatçılığın, habelə bu sahənin təkmilləşdirilməsinə dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək. Həmçinin əmək münasibətlərinin rəsmiləşdirilməsi və işçilərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən nəzarət tədbirlərinin əlaqələndirilməsini təmin edəcək, qeyri-rəsmi əmək münasibətlərinin aşkar edilməsi, rəsmiləşdirilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi də daxil olmaqla tədbirlər planının hazırlanmasını və təsdiq edilməsini həyata keçirəcək. Bunlardan başqa, komissiya əmək münasibətlərinin rəsmiləşdirilməsi və işçilərin sosial müdafiəsinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə rübdə bir dəfə Azərbaycan Respublikası Prezidentinə məlumat verəcək.

Ölkə vətəndaşlarının bütün sahələr üzrə, o cümlədən əmək hüquqlarının qorunması, əməyin mühafizəsi, onun sağlam və təhlükəsiz şəraitinin təşkili Azərbaycanda sosial siyasətin prioritet məsələləri sırasındadır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən layiqli sosial siyasət son 13 ildə Azərbaycanın əməyin mühafizəsi ilə bağlı nümunəvi bir ölkəyə çevrilməsinə səbəb olmuşdur. Digər tərəfdən, müasir dünya təcrübəsi göstərir ki, insan amilinin uca tutulduğu ölkələrdə inkişaf davamlı və dinamikdir. Bu baxımdan Azərbaycanın əməyin mühafizəsi sahəsində konkret əməli tədbirlərin həyata keçirilməsi baxımından regionda qabaqcıl ölkə olması onu söyləməyə əsas verir ki, inkişafımız davamlı və sürətli olacaq.

 

Hadi RƏCƏBLİ,       

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri,

siyasi elmlər doktoru, professor

 

Azərbaycan.- 2017.-28 aprel.-S.1; 4.