Layihələrin uğurlu icrası
həm də yeni iş
yerlərinin yaradılması deməkdir
Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda inşa olunan karbamid zavodunda tikinti işlərinin gedişi ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, karbamid zavodunun direktoru Xəyal Cəfərov və “Samsung Engineering” şirkəti tərəfdən layihənin rəhbəri Hansu Kim dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verdilər.
Qeyd edək ki, karbamid zavodu layihəsi Prezident İlham Əliyevin 2008-ci ilin avqustunda imzaladığı Sərəncamla təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na və 2014-cü ilin dekabrında imzaladığı Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən icra edilir. Bu zavodun təməli 2011-ci ilin dekabrında dövlətimizin başçısı tərəfindən qoyulub. Karbamid zavodunun tikintisi ilə əlaqədar 2011-ci ildə beynəlxalq açıq tender elan edilib və tenderin nəticələrinə əsasən 2012-ci ildə Koreya Respublikasının “Samsung Engineering Co. Ltd.” şirkəti mühəndislik, satınalma və tikinti üzrə podratçı seçilib. Layihənin ammonyak və karbamid istehsalı üzrə lisenziyaları qismində müvafiq olaraq Danimarkanın və Niderlandın şirkətləri çıxış edir. Həmçinin layihənin idarə edilməsi və müstəqil təftiş xidmətlərinin həyata keçirilməsi məqsədilə 2015-ci ildə beynəlxalq açıq tender vasitəsilə seçilmiş Finlandiya şirkəti ilə müvafiq müqavilə imzalanıb.
Dövlətimizin başçısına Sumqayıt sənaye zonasının perspektiv inkişafı ilə əlaqədar qaz təchizatı sisteminin yaradılması haqqında da məlumat verildi.
Sonra Prezident İlham Əliyev ayrı-ayrı inşaat sahələrini gəzdi, görülən işlərlə yaxından tanış oldu.
Zavodun tikintisinin bu ilin sonunda yekunlaşması
nəzərdə tutulur. Ümumilikdə müəssisənin istismara
verilməsi isə gələn ilə planlaşdırılır. Ümumi ərazisi 40 hektara yaxın olan zavod ammonyak, karbamid istehsalı və karbamidin qranulyasiyası sahələrindən
ibarət olacaq. Azot gübrələrinin istehsalı
üçün əsas
xammal qismində təbii qazdan istifadə ediləcək.
İstehsal üçün
illik qaz sərfiyyatının gündəlik
1,32 milyon kubmetr, ümumilikdə isə 435 milyon kubmetr olması gözlənilir. Zavod gündəlik 1200 ton ammonyak və 2000 ton karbamid istehsal edəcək. Layihənin icra
edilməsi iqtisadiyyatın
əsas sektorlarından
biri olan kənd təsərrüfatına
böyük dəstək
verəcək. Zavodda
il ərzində
təxminən 650-660 min ton karbamid istehsal ediləcək ki, bu da daxili
tələbatı tam ödəyəcək.
Bununla yanaşı, məhsulun dəmir yolu ilə Türkiyə, habelə Qara Dəniz limanları vasitəsilə dünya bazarlarına ixracı nəzərdə tutulur.
Layihənin “Samsung Engineering” şirkətinin iş həcminə daxil olan hissəsinin təxminən 95 faizi icra edilib. Əsaslı layihələndirmə, mühəndislik
və satınalma işləri 100 faiz tamamlanıb, tikinti işlərinin isə təxminən 82 faizi icra edilib. Zavodun qaz, elektrik enerjisi,
texniki və içməli su təchizatı, kanalizasiya
sistemi, həmçinin
telekommunikasiya xətlərinin
quraşdırılması, inzibati və digər binaların, o cümlədən emalatxana
və anbarların inşası, dəmir yolu və avtomobil
yollarının tikintisi
üzrə də işlər gedir. Layihənin icrasında təxminən
3200 nəfər çalışır
ki, onların da 3100-ü Azərbaycan vətəndaşıdır. Zavod işə düşəndən
sonra burada 350-400 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır.
Layihənin ümumi dəyəri
təxminən 750 milyon
avro təşkil edir.
Belə müəssisənin yaradılması,
ilk növbədə, Azərbaycan
iqtisadiyyatını daha
da möhkəmləndirir,
ölkəmizin ixrac qabiliyyətini artırır,
qeyri-neft sektorunun inkişafına təkan verir. Bundan başqa, bu cür layihələrin
icrası həm də yeni iş
yerlərinin yaradılması
baxımından mühüm
əhəmiyyətə malikdir.
Zavodda
tikinti işlərinin gedişi
ilə tanış olan dövlətimizin
başçısı kollektivə uğurlar
arzuladı.
Azərbaycan.- 2017.- 29 aprel.- S.1; 2.