1 milyard
insan Bakını izləyəcək
“Bakı-2017” Azərbaycanın dünyadakı
nüfuzunu daha da artıracaq
Bakı şəhərinin mühüm
beynəlxalq tədbirlərə
evsahibliyi etməsi artıq ənənə halını alıb. IV İslam Həmrəyliyi Oyunlarının Bakıda
keçirilməsi ilə
bağlı qərarın
qəbul edilməsi də Azərbaycanın dünyadakı nüfuzlu mövqeyini ifadə edir.
Çoxsaylı idman tədbirləri, sərgilər, konfranslar, Azərbaycan mədəniyyətinin
xarici ölkələrdə
təqdimatı artıq
beynəlxalq ictimaiyyətə
ölkəmiz haqqında
kifayət qədər
dolğun məlumatın
çatdırılması üçün şərait
yaradır. Azərbaycanda bütün xalqların,
dinlərin nümayəndələrinin
birgə yaşaması,
bir ailə kimi yaşaması nadir təcrübədir. Beləliklə, Azərbaycan Avropa ilə Asiyanı, sivilizasiyaları birləşdirir,
qarşılıqlı anlaşmanın
bərqərar olması
üçün səylərini
göstərməkdədir.
IV İslam
Həmrəyliyi Oyunlarının
keçirilməsinə qısa
vaxt qalır. Mayın 12-dən 22-dək Bakıda keçiriləcək
IV İslam Həmrəyliyi
Oyunları bütün
Azərbaycan, eləcə
də İslam dünyası üçün
mötəbər idman
təntənəsidir. On gün ərzində
İslam dünyasının
nəbzi Azərbaycanda
döyünəcək. Xəzərdən başlayan su
səyahəti uğurla
davam edir. Ölkənin 15-dən çox
tarixi şəhərini,
5 gölü, 1 su anbarını, 3 çayı,
1 bulağı, 3 şəlaləni
və Xəzər dənizini əhatə edən su səyahəti
bununla da 3 min kilometrdən çox məsafəni qət edərək mayın 12-də
Bakıda IV İslam Həmrəyliyi Oyunlarının
açılış mərasimi
ilə başa çatacaq. Həmin vaxt su səyahətinə seçilmiş
uşaqlar ölkənin
göl və çaylarından, şəlalə
və bulaqlarından topladıqları Azərbaycanın
saf suları ilə İslam dünyasının 50-dən çox
dövlətindən olan
idmançıları Oyunlarda
salamlayacaqlar.
Mötəbər tədbirdə 57 ölkəni
təmsil edən 3 mindən çox idmançı iştirak edəcək. Bu rəqəmlər
özlüyündə rekord
göstəricidir. Çünki bu vaxta qədər
keçirilən İslam
Həmrəyliyi Oyunlarına
bu qədər ölkənin qatılması
müşahidə olunmayıb.
Atletlər 10 gün ərzində
16 yarış məkanında
23 idman növü üzrə mübarizə
aparacaqlar. Oyunların sonunda
1600 medalın təqdim
edilməsi nəzərdə
tutulub. Yarışlar 1000-dən çox mətbuat nümayəndəsi
tərəfindən işıqlandırılacaq.
IV İslam Həmrəyliyi
Oyunlarını 50-dən çox
ölkədə ümumilikdə
1 milyarddan çox tamaşaçının izləyəcəyi
gözlənilir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat
Komitəsi qarşıya
qoyulan vəzifələri
uğurla həyata keçirib. Xatırladaq ki, Oyunların Təşkilat Komitəsi Prezident İlham Əliyevin 2015-ci il
18 sentyabr tarixli sərəncamı ilə
yaradılıb və
2015-ci il noyabrın
1-də İslam Həmrəyliyi
Oyunlarının Əməliyyat
Komitəsi fəaliyyətə
başlayıb. Əməliyyat Komitəsində 16 ölkəni
təmsil edən 100 xarici və 1400 yerli mütəxəssis çalışır.
Əməliyyat Komitəsi yarandığı
vaxtdan gündəlikdəki
əsas məsələlərdən
biri İslam Əməkdaşlıq Təşkilatına
(İƏT) üzv olan
bütün Milli Olimpiya komitələri ilə danışıqların
aparılması və
onların bu yarışlarda iştirakını
təsdiqləmək olub. Aparılan uğurlu
işlərin nəticəsidir
ki, İƏT-ə üzv
olan bütün 57 ölkənin idmançıları
bu Oyunlarda iştirak edəcək.
Ölkə rəhbərliyinin diqqət və qayğısı, Təşkilat
Komitəsinin yüksək
təşkilatçılığı sayəsində İslam Oyunlarının yüksək
səviyyədə baş
tutması üçün
hər cür şərait yaradılıb.
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva IV İslam Həmrəyliyi Oyunları
Təşkilat Komitəsinin
yekun iclasında bildirib: “Azərbaycanda çox vacib irimiqyaslı beynəlxalq tədbirlər keçirilir
və hər bir belə tədbirin
təşkili ən yüksək rəylər
qazanır. Biz hər bir məsələyə
çox məsuliyyətlə
yanaşırıq və
Azərbaycanın maraqlarını,
beynəlxalq imicini üstün tutaraq ölkəmiz və xalqımız üçün
layiqli nailiyyətlər
əldə etməyə
çalışırıq. Son illər Azərbaycanın
paytaxtında bir çox böyük beynəlxalq idman yarışları - həm
Avropa, həm də dünya çempionatları keçirilir.
Ümumi
rəyə görə
bu tədbirlər təşkilati baxımdan
çox yüksək
səviyyədə hazırlanır
və keçirilir.
2015-ci ildə Bakıda I Avropa Oyunları böyük uğurla keçirilmişdi.
Bu Oyunlar Avropanın
Olimpiya tarixində yeni səhifə açmışdı. Ümumi rəyə
görə Azərbaycan
dövləti I Avropa Oyunlarını Olimpiya Oyunları səviyyəsində
təşkil etmişdir.
Ümidvaram ki, IV İslam
Həmrəyliyi Oyunları
da mükəmməl hazırlanmışdır və
keçirilmiş Oyunlar
kimi tarixdə qalacaqdır”.
Prezident İlham Əliyevin rəhbərliyi altında
Azərbaycan bütün
sahələrdə nümunəsini
ortaya qoyaraq özünü dünyaya
güclü, müstəqil
və müasir inkişaf edən bir ölkə kimi tanıdıb. İqtisadi, siyasi,
hüquqi, mədəni,
humanitar, idman və digər sahələrdə həlledici
uğurlar qazanmış
müstəqil respublikamız
dünya miqyasında davamlı inkişaf edən ölkə kimi qəbul edilir. Azərbaycan uzun əsrlərdən
bəri İslam sivilizasiyasının əsas
mərkəzlərindən biri olub. İslam dininin yayılmasında, eyni zamanda Müsəlman
İntibahının bərqərar
olmasında mühüm
rol oynayıb. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan
İslam dininin maddi və qeyri-maddi
irsinin formalaşmasına
zəmin yaradıb.
Müxtəlif dinlərin və
mədəniyyətlərin birgəyaşayışı və
həmrəyliyi istiqamətində
ardıcıl siyasət
yürüdən Azərbaycan
İslam ölkələri
arasında qarşılıqlı
əlaqələrin genişlənməsi
üçün də
mühüm addımlar
atır. Bakı
şəhərinin 2009-cu, Naxçıvan
şəhərinin isə
2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı
elan edilməsi, IV İslam Həmrəyliyi Oyunlarının təşkilatçısı
kimi Azərbaycanın
seçilməsi qeyd olunan faktların məntiqi nəticəsidir.
Bu sahədə UNESCO və ISESCO-nun xoşməramlı
səfiri, Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini də xüsusi vurğulamaq lazımdır.
Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin
Azərbaycan Respublikasında
“İslam həmrəyliyi
ili” elan olunması da İslam dünyasında ciddi gərginliklərin yaşandığı bir
vaxtda zamanın çağırışlarına cavab verən addımdır. Ölkə başçısı tərəfindən İslam
həmrəyliyi təşəbbüsünün
irəli sürülməsi
çox mütərəqqi
addım oldu. İndiyədək müsəlman ölkələrini
din ətrafında birləşməyə
çağıran müəyyən
təşəbbüslər göstərilib. Azərbaycanın dövlət başçısı
isə tarixdə ilk dəfə İslam dünyasına siyasi mesaj ünvanladı, vahid mövqedən çıxış etməyin,
birliyə nail olmağın,
eyni zamanda dünyaya inteqrasiyanın vacibliyinə işarə etdi. İslam ölkələri arasında ədavəti qızışdırmaq, onlar
arasında məzhəb
və təriqət savaşlarına rəvac vermək istəyən xarici dairələr əvvəllər də olub, bu gün
də xüsusi fəallıq göstərirlər.
Şübhəsiz ki,
2017-ci ilin respublikamızda
“İslam həmrəyliyi
ili”nin elan
edilməsi müsəlman
dünyasında baş
verən qarşıdurmaların
qarşısının alınması
və İslam ölkələri arasında
həmrəyliyin yaradılması
işinə öz töhfəsini verəcək.
Prezident İlham Əliyev bildirib: “Bu il Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilmişdir. Bu da bütün müsəlman ölkələrini bir-biri ilə daha da sıx birləşdirmək üçün tərəfimizdən irəli sürülən önəmli təşəbbüsdür. Bu gün bütün müsəlman ölkələri birlik, həmrəylik nümayiş etdirməlidirlər. Əminəm ki, İslam Oyunları həm böyük idman bayramı olacaq, həm də bizim dostluğumuzu əks etdirəcək. Bütün müsəlman ölkələri 10 gün ərzində Bakıda öz təmsilçiləri vasitəsilə bir-biri ilə sıx əlaqələr quracaq, bir-birinin əlini sıxacaqlar. Biz Bakıdan bütün dünyaya nümayiş etdirəcəyik ki, İslam aləmi birdir və bizim birliyimiz bizim gücümüzü artırır”.
“İslam həmrəyliyi ili” müsəlman ölkələrinin həm iqtisadi, həm mədəniyyət, həm də mənəviyyat sahəsində bir-birinə dəstək, həmrəy olması məsələsini özündə əks etdirir və onlar arasında düşmənçilik salmaq istəyənlərə tutarlı cavabdır. Azərbaycanda keçiriləcək beynəlxalq idman tədbiri olan IV İslam Həmrəyliyi Oyunları müsəlman ölkələri arasında əlaqələrin yeni müstəvidə qurulmasına böyük imkanlar açacaq.
Ötən illərdə olduğu kimi, 2017-ci il də Azərbaycan beynəlxalq siyasi, iqtisadi, mədəni eləcə də idman tədbirlərinin yüksək səviyyədə keçirildiyi məkan kimi yaddaşlarda qalacaq. Ölkəmizdə keçirilən mötəbər tədbirlərdə iştirak etmək üçün Azərbaycana səfərə gələn dövlət və hökumət başçıları, tanınmış siyasi və ictimai xadimlər, idmançılar, KİV nümayəndələri respublikamız haqqında, burada gedən inkişafla bağlı geniş məlumat alacaqlar. Bununla da Azərbaycan beynəlxalq miqyaslı tədbirlərə yüksək səviyyədə evsahibliyi etdiyini növbəti dəfə nümayiş etdirəcək.
Elnur HACALIYEV,
Azərbaycan.- 2017.- 30 aprel.- S. 1; 4.