Azərbaycan da gedən inkişaf-quruculuq
işləri üçün
böyük həcimdə
investisiya yatırılır
Aprelin 29-da Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev Qətər Dövlətinin
sabiq Baş naziri və sabiq xarici işlər
naziri Şeyx Həməd bin Casim bin Cabir Al Tanini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Həməd bin Casim bin Cabir Al Tani Azərbaycana səfərindən keçən 10 il ərzində ölkəmizdə inanılmaz dərəcədə böyük dəyişikliklərin şahidi olduğunu dedi və paytaxtımızda aparılan çox böyük abadlıq və inkişaf proseslərinə valeh olduğunu bildirdi. Həməd bin Casim bin Cabir Al Tani Qətərdən və ölkəsinin yerləşdiyi regiondan Azərbaycana artıq çoxsaylı turistlərin gəlməsini məmnunluqla qeyd etdi.
Prezident İlham Əliyev son illər Azərbaycanda gedən inkişaf-quruculuq işlərinə toxundu, insanların rahat yaşayışı üçün böyük həcmdə investisiyanın yatırıldığını dedi. Dövlətimizin başçısı Azərbaycanda, o cümlədən Bakı şəhərində həyata keçirilən genişmiqyaslı işlərdən danışdı.
Görüş zamanı
ölkələrimiz arasında hava nəqliyyatı,
turizm, kənd təsərrüfatı, enerji, neft-kimya, birgə sərmayə
qoyuluşu sahələrində əməkdaşlığın
inkişaf etdirilməsi ilə
bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı, Azərbaycan-Qətər
ikitərəfli əlaqələrinin genişləndirilməsinin
önəmi qeyd olundu.
AZƏRTAC
Azərbaycan. - 2017.- 30 aprel.- S.1.