Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli fərmanı ilə təsdiq edilmişİnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 1, maddə 67, ¹ 9, maddə 1462; 2017, ¹ 1, maddə 65) ilə təsdiq edilmişİnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nın 5-1-ci hissəsində “ərizələrə bu Qaydanın 5-ci hissəsində nəzərdə tutulan sənədlərlə yanaşı,” sözləri “Nazirlik tərəfindən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 13.2.2-ci və 19.7-ci maddələrinə uyğun olaraqbir pəncərə” prinsipi əsasında” sözləri ilə, “əlavə olunur” sözləri isə “alınır” sözü ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 iyul 2017-ci il

 

Azərbaycan.- 2017.-1 avqust.- S.2.