Hindistan Respublikasının
Prezidenti Zati-aliləri
cənab Ram Nat Kovində
Hörmətli cənab
Prezident,
Hindistan Respublikasının Prezidenti
vəzifəsinə seçilməyiniz
münasibətilə Sizi
səmimi qəlbdən
təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Hindistan arasındakı ənənəvi
dostluq və əməkdaşlıq münasibətlərinin
davamlı inkişafı
və daha da möhkəmləndirilməsi
yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm
cansağlığı, xoşbəxtlik,
dost Hindistan xalqının
rifahı naminə qarşıdakı fəaliyyətinizdə
uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 31 iyul 2017-ci il.
Azərbaycan.-
2017.-1 avqust.- S.1.