İsveçrə Konfederasiyasının
Prezidenti Zati-aliləri
xanım Doris Loytharda
Hörmətli xanım
Prezident,
İsveçrə Konfederasiyasının milli
bayramı münasibətilə
Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi
yetirirəm.
İnanıram ki, Azərbaycan-İsveçrə
əlaqələri, ölkələrimiz
arasındakı dostluq
və əməkdaşlıq
münasibətləri qarşılıqlı
maraqlarımıza uyğun
olaraq bundan sonra da dinamik
şəkildə inkişaf
edəcək və genişlənəcəkdir.
Bu əlamətdar
gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
dost İsveçrə xalqına
daim əmin-amanlıq
və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 31 iyul 2017-ci il.
Azərbaycan.-
2017.-1 avqust.- S.1.