Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq
çox yaxşı səviyyədədir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev iyulun 31-də ABŞ-ın Arizona
ştatının Nümayəndələr Palatasının
sədri Cavan Mesnardı qəbul edib.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının sədri Cavan Mesnard artıq bir neçə gündür Azərbaycana gəldiyini, Bakı və regionlarımız ilə tanış olduğunu qeyd edərək dedi: “Sizin ecazkar ölkənizdə olmağımdan çox məmnunam. Azərbaycan çox gözəl ölkədir. Mən ilk dəfədir ki, buradayam. İnsanlar hər yerdə dostluq və qonaqpərvərlik nümayiş etdirirlər. Mən ABŞ-a geri döndükdə bu təəssüratlarımı hamı ilə bölüşəcəyəm”. Cavan Mesnard Arizona ştatının qanunvericilərinin əksəriyyətinin Azərbaycan haqqında çox eşitdiyini bildirdi.
Prezident İlham
Əliyev qonağın Bakıda və regionlarda
olmasının ölkəmiz haqqında daha
geniş informasiya əldə
edilməsi işinə kömək edəcəyini
vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki,
ABŞ-dan Azərbaycana daha
çox səfərlərin həyata
keçirilməsi insanlar arasında təmasların
genişləndirilməsi və xalqlarımızın bir-birini daha yaxından
tanıması baxımından önəmlidir və bu, həm də ölkələrimiz
arasında əməkdaşlığın möhkəmlənməsi
işinə xidmət edəcək. Prezident İlham
Əliyev Azərbaycan ilə ABŞ arasında siyasi,
iqtisadi, enerji, təhlükəsizlik
sahələrində ikitərəfli münasibətlərin və
eləcə də ölkəmizin ABŞ-ın
ayrı-ayrı ştatları ilə əməkdaşlığının
çox yaxşı səviyyədə olduğunu dedi. Dövlətimizin başçısı, eyni zamanda, ABŞ-ın bəzi
regionlarında ictimaiyyətin ölkəmiz haqqında bir o qədər də dolğun məlumata malik
olmadığını vurğulayaraq, Azərbaycan
haqqında həqiqətlərin daha çox yayılmasının önəmini qeyd etdi.
Azərbaycan.-
2017.-1 avqust.- S.1.