Azərbaycan Respublikası Prezidentinin
2014-cü il 11 dekabr tarixli 386 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Milli
Elmlər Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”ni “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 12, maddə 1540; 2016, ¹ 5, maddə 859) ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 1.1-ci bəndin birinci cümləsində “Azərbaycan Respublikasının elm sahəsində dövlət siyasətini həyata keçirən” sözləri “Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, ölkə üzrə elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi-tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, elmi-texniki fəaliyyət sahəsində Azərbaycan Respublikasını xarici ölkələrdə təmsil edən” sözləri ilə əvəz edilsin.
2. 1.5-ci bənd aşağıdakı redaksiyada verilsin:
“1.5. Akademiya öz tərkibinə seçilən üzvlərini (həqiqi, müxbir, fəxri, xarici üzvləri və fəxri doktorları), tabeliyində olan elmi müəssisə və təşkilatlarda çalışan elmi işçiləri, mütəxəssisləri, elmi xidmət və sosial xidmət sahəsi işçilərini birləşdirir.”.
3. 2.2.1-ci yarımbənddən “elmi fəaliyyəti təşkil və elmin inkişafını təmin etmək, elmin müxtəlif sahələri üzrə elmi-tədqiqat işlərini aparmaq və” sözləri çıxarılsın.
4. 2.2.2-ci və 2.2.3-cü yarımbəndlər ləğv edilsin.
5. 3.0.4-cü yarımbəndə
“fundamental” sözündən sonra “, eksperimental” sözü əlavə edilsin.
6. 3.0.18-ci yarımbənddə
“ali təhsil müəssisələrinin, dövlət
və özəl qurumların tərkibində
fəaliyyət göstərən
elmi müəssisələrlə”
sözləri “elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələri,
təsis sənədlərində
elmi fəaliyyət nəzərdə tutulan ictimai birliklər və digər hüquqi şəxslərlə”
sözləri ilə əvəz edilsin.
7. 4.0.3-cü yarımbəndə
“elmi müəssisələr”
sözlərindən sonra
“və təşkilatlar”
sözləri əlavə
edilsin.
8. 4.0.14-cü yarımbəndə
“fundamental” sözündən sonra “, eksperimental” sözü əlavə edilsin və
həmin yarımbənddən
“Elmi-Tədqiqat İşlərini
Əlaqələndirmə Şurası,”
sözləri çıxarılsın.
9. 4.0.23-cü yarımbəndə
“digər elmi” sözlərindən sonra
“müəssisə və”
sözləri əlavə
edilsin.
10. 6.1-ci bəndə
“müəssisələr” sözündən
sonra “və təşkilatlar” sözləri
əlavə edilsin.
11. 7.9.9-cu yarımbəndə
“fundamental” sözündən sonra “, eksperimental” sözü əlavə edilsin.
12. 8.19.3-cü yarımbənd
aşağıdakı redaksiyada
verilsin:
“8.19.3. Akademiyanın
elmi müəssisə
və təşkilatlarının,
ali təhsil müəssisələrinin və
digər elmi müəssisə və təşkilatların elmi-tədqiqat
fəaliyyətini əlaqələndirir
və istiqamətləndirir.”.
13. 10.6-cı bəndin
birinci cümləsində
“elmi müəssisələrinin
və” sözləri
“elmi müəssisə
və təşkilatlarının,”
sözləri ilə əvəz edilsin.
14. 10.7.1-ci yarımbəndə
“fundamental” sözündən sonra “, innovasiya xarakterli” sözləri əlavə edilsin.
15. 11.5-ci bənddə
“strukturuna daxil” sözləri “tabeliyində”
sözü ilə əvəz edilsin.
16.11.6-cı, 11.11-ci bəndin
ikinci cümlələrinə
və 11.12-ci bəndə
ismin müvafiq hallarında “elmi müəssisələr” sözlərindən
sonra ismin müvafiq hallarında “və təşkilatlar” sözləri əlavə
edilsin.
17.12.3-cü bənddə “konstruktor və layihə büroları, elmi təcrübə və elmi cihazqayırma” sözləri “təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji” sözləri ilə əvəz edilsin.
18.13.6-cı bəndə “müsabiqələrdə” sözündən əvvəl “qrant layihələrində və” sözləri əlavə edilsin.
19. 14.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“14.4. Akademiya dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər, qrantlar, ianələr və “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, innovasiya, sahibkarlıq və digər fəaliyyət sahələrindən daxilolmalar hesabına maliyyələşdirilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 iyul
2017-ci il
Azərbaycan.- 2017.-1 avqust.- S.2.