Ana dilimiz milli sərvətimizdir
1 avqust
Azərbaycan Əlifbası
və Azərbaycan Dili Günüdür
Ana dili qeyri-maddi irsin qorunması, inkişafı
istiqamətində ən
güclü vasitələrdən
biridir. Ən başlıcası, dil fərdə, cəmiyyətə, sosial inteqrasiyaya, təhsil və inkişafa təsir gücünə görə bəşəriyyət
üçün həyati
əhəmiyyət kəsb
edir.
Ölkəmizin zaman-zaman müxtəlif imperiyalar tərkibində yaşamasına baxmayaraq, ana dilimiz milli
məfkurənin, milli
şüurun və milli-mədəni dəyərlərin
yaşamasını və
inkişafını təmin
etmişdir. Hələ XVIII
əsrdə Qafqaza səfər etmiş məşhur fransız yazıçısı və
səyyahı Aleksandr
Düma yol qeydlərində yazırdı:
“Avropada fransız dili necə əhəmiyyətə malikdirsə,
Qafqazda da Azərbaycan dili o cür əhəmiyyətə
malikdir”. Ulularımızın
bizə müqəddəs
qoyub getdikləri ana dilimiz ağız
ədəbiyyatından, bayatılardan,
dastanlardan süzülərək
İmadəddin Nəsimi,
Şah İsmayıl Xətai, Məhəmməd
Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Vəli
Xuluflu, Bəkir Çobanzadə, Səməd
Vurğun, Üzeyir bəy Hacıbəyli, Mirzə İbrahimov və digər bu kimi dühaların
zəngin irsi və dəstəyi ilə qorunub saxlanılıb. Əcdadlarımızdan bizə miras
qalmış, dahilərin
diqqətini çəkmiş,
əsrlərin sınağından
şərəflə çıxmış
ana dilimizin bu gün dövlət
dili kimi işlənməsindən böyük
qürur hissi keçiririk. Bu dilin qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının
müqəddəs borcudur.
Sovetlər dönəmində yaranmış
müəyyən maneələrə
baxmayaraq, sarsılmaz milli təməlləri olan Azərbaycan dili mövcudluğunu qoruya bilib. Ümummilli lider
Heydər Əliyev hakimiyyətdə olduğu
hər iki dövrdə Azərbaycan dilinə həmişə
böyük diqqət
və qayğı göstərib. Birmənalı şəkildə deməliyik
ki, respublikamızda dil siyasətinin formalaşdırılması, ana
dilinin dövlət dili kimi tətbiqi
işinin təkmilləşdirilməsi,
dünya azərbaycanlılarının
ünsiyyət vasitəsinə
çevrilərək milli
həmrəyliyin göstəricisi
olması, beynəlxalq
aləmdə rolunun və nüfuzunun yüksəlməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycan hələ 1977-ci ildə sovetlər birliyinin tərkibində olarkən SSRİ-nin yeni Konstitusiyası təsbit edilən zaman oraya dövlət
dili haqqında maddənin salınmaması
ilə heç cür razılaşmayan böyük rəhbər bu məsələdə öz prinsipial mövqeyini göstərib.
1978-ci il aprelin 2-də doqquzuncu çağırış Ali Sovetin
Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyası layihəsi
və onun ümumxalq müzakirəsinin
yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə
ilə çıxış
edən Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alınır. Bu dəyişiklik
Azərbaycan Sovet Sosialist Respublikasının
dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirir. Yaşlı nəsil yaxşı
bilir ki, bu, o dövr üçün həlli çox çətin olan məsələ idi. Amma bütün çətinliklərə
baxmayaraq, ümummilli liderin uzaqgörən siyasəti və bu tarixi qərara
nail olması mənəvi
varlığımızın əsası sayılan ana dilimizin inkişafında
böyük dönüş
oldu.
Müstəqilliyimizin bərpasından sonra Azərbaycan dilinin qloballaşma dövrünün
mənfi təsirlərindən
qorunması və inkişaf etdirilməsi istiqamətində ulu öndərin səyi xalqımız üçün
əvəzedilməz töhfədir. “Millətin milliliyini saxlayan onun dilidir.
Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini
ən birinci təsdiq edən onun dilidir. Azərbaycan dilinin dövlət dili kimi yaşaması,
möhkəmlənməsi, inkişaf etməsi də bizim ən
böyük nailiyyətlərimizdən
biridir. Bu, təkcə
dil məsələsi
deyil, həm də azərbaycançılıq
məsələsidir” - deyən
ümummilli liderin
2001-ci il iyulun 18-də
imzaladığı “Dövlət
dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” və həmin il avqustun
9-da imzaladığı “Azərbaycan
Əlifbası və Azərbaycan Dili Gününün təsis
edilməsi haqqında”
fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi
misilsiz xidmətlərdəndir.
Hər il
avqustun 1-i ölkəmizdə
Azərbaycan Əlifbası
və Azərbaycan Dili Günü təntənə ilə qeyd edilir. 2003-cü il yanvarın
2-də isə ulu öndər Heydər Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasında Dövlət
dili haqqında” Azərbaycan Respublikasının
Qanunu qüvvəyə
minib. Qanunda dövlətin ana
dilinə qayğısı
istiqamətində əsas
vəzifələr dəqiq
göstərilib.
Təsadüfi deyil ki, ulu öndər
Heydər Əliyevin dövlətçilik ənənələrini
və siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin dövlət başçısı kimi
imzaladığı ilk sənədlərdən
biri də Azərbaycan və dünya klassiklərinin ən məşhur əsərlərinin latın qrafikalı əlifba ilə kütləvi nəşrinin
həyata keçirilməsi
haqqındakı sərəncamı
olmuşdur. Ölkə
rəhbərinin “Azərbaycan
Milli Ensiklopediyasının
nəşri haqqında”
2004-cü il 14 yanvar,
“Dünya ədəbiyyatının
görkəmli nümayəndələrinin
Azərbaycan dilində
nəşri nəzərdə
tutulan əsərlərinin
siyahısının təsdiq
edilməsi haqqında”
2007-ci il 30 dekabr tarixli sərəncamları ana dilimizin həyatımızın
bütün sahələrində
tam və müfəssəl
tətbiqini gerçəkləşdirmişdir.
Bu sırada dövlət
başçısının “Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə
uyğun istifadəsinə
və ölkədə
dilçiliyin inkişafına
dair Dövlət Proqramı haqqında”
2012-ci il 23 may və “Azərbaycan Milli Elmlər Akademiyasının
Nəsimi adına Dilçilik İnstitutunun
maddi-texniki bazasının
gücləndirilməsi haqqında”
2012-ci il 29 may tarixli sərəncamları dilimizə,
mədəniyyətimizə, zəngin mənəvi dəyərlərimizə böyük
hörmət və ehtiramın bariz nümunəsidir.
Dövlət proqramı 2013-2020-ci illər
ərzində bu istiqamətdə bir sıra zəruri tədbirlərin həyata
keçirilməsində böyük
rol oynayır. Proqram çərçivəsində
Azərbaycan dilinin istifadəsi və tətbiqinə dövlət
qayğısı artırılmış,
Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə
uyğun istifadəsi zənginləşdirilmiş, ölkədə
dilçilik araşdırmaları
əsaslı surətdə
yaxşılaşdırılmışdır.
Prezident İlham Əliyev daim dilimizin cəmiyyətdə rolunun
daha da möhkəmlənməsi
istiqamətində uğurlu
siyasət aparmaqla yanaşı, ana dilimizin qorunmasının vacibliyini də daim diqqətdə saxlayır. 2015-ci il oktyabr ayının 9-da və AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda
çıxış edərkən
Prezident İlham Əliyev bəzi hallarda Azərbaycan dilinə xaricdən müdaxilələr edildiyini
və bu müdaxilələrin Azərbaycanda
da dəstək qazandığını görəndə
çox narahat olduğunu bildirib: “Azərbaycan dili bizi bir xalq,
millət kimi qoruyub. Əsrlər boyu biz başqa
ölkələrin, imperiyaların
tərkibində yaşadığımız,
müstəqil olmadığımız
dövrdə milli dəyərlərimizi, ana
dilimizi qoruya, saxlaya bilmişik”.
Ədəbiyyat və incəsənət xadimləri,
ədəbiyyatşünas və dilçilərlə
görüşlərində, bölgələrə səfərləri
zamanı ictimaiyyətin
nümayəndələri və
ziyalılarla söhbətlərində
dövlət başçısı
dəfələrlə Azərbaycan
dilinin zənginliyini önə çəkərək
onun heç bir xarici kəlməyə
ehtiyacı olmadığını
deyib: “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də
qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin
etməliyik. Əlbəttə, bizim vətəndaşlar,
xüsusilə gənc
nəsil nə qədər çox xarici dil bilsələr,
o qədər yaxşıdır.
Ancaq ilk növbədə, öz ana dilini bilməlidirlər.
Digər
tərəfdən, imkan
verməməlidirlər ki,
ana dilimizə yad kəlmələr daxil olsun”.
Ölkə Prezidenti
çıxışında son dövrlər müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca
və düzgün istifadə edilməməsini
də diqqətə çatdıraraq bildirib ki, imkan verilməməlidir
ki, ana dilimizə
yad kəlmələr
daxil olsun: “Buna ehtiyac yoxdur. Ancaq biz bunu görürük.
Bəzi ictimai xadimlərin, hökumət üzvlərinin
çıxışlarında, bəzi televiziya verilişlərində, Milli
Məclisdə eşidirəm
ki, kənar kəlmələrdən istifadə
edilir. Buna ehtiyac yoxdur. Əlbəttə, mən bu sahədə mütəxəssis
deyiləm, ancaq bir vətəndaş kimi hesab edirəm
ki, yeni kəlmələrin icad edilməsinə heç bir ehtiyac yoxdur.
Lüğətimiz o qədər zəngindir
ki, bunu qorusaq və gələcək nəsillərə
əmanət kimi təhvil versək, bu, bizim bu
sahədəki ən böyük nailiyyətimiz
olacaqdır”.
Dilimizin saflığının qorunması, eyni zamanda, özünəməxsus cəhətlərinə xələl yetirilmədən zənginləşdirilməsi hazırda aktual məsələlərdəndir. Xüsusilə yeni və təkmilləşdirilmiş, fərqli formatlarda lüğətlərin hazırlanması, dünyanın tanınmış yazıçılarının əsərlərinin, önəmli nəşrlərin Azərbaycan dilinə tərcümə edilməsi, televiziya və radiolarda verilişlərin yayımı, filmlərin nümayişi zamanı ana dilimizin bütün xüsusiyyətlərinə riayət olunması müvafiq istiqamətdə həyata keçirilən önəmli tədbirlərdir. Ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi hamımız üçün qürurvericidir.
Azərbaycan dili milli sərvətimizdir. Bu dilin qorunub inkişaf etdirilməsində dövlətlə yanaşı, xalq da yaxından iştirak etməlidir. Ulu babalardan bizlərə miras qalan bu milli sərvəti hər bir azərbaycanlı göz bəbəyi kimi qorumalı, onun qayğısını çəkməlidir.
Rəhman SALMANLI,
Azərbaycan.- 2017.- 1 avqust.- S.5.