V.R.Abdullayevin Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavini təyin edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq qərara alıram:

1. Vüqar Rafik oğlu Abdullayev Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavini təyin edilsin.

2. Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru təyin olunana qədər həmin vəzifənin icrası Vüqar Rafik oğlu Abdullayevə həvalə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 avqust 2017-ci il

 

Azərbaycan.- 2017.-2 avqust.- S.1.