Möhtəşəmliyi ilə tarixə düşən musiqi bayramı

 

Rəngarəng  proqramlı konsertlərə tamaşa etmək üçün ətraf bölgələrdən də gələnlər çoxdur

 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələ şəhərində keçirilən ənənəvi Beynəlxalq Musiqi Festivalı yerlidünya musiqisevərlərinə xoş anlar yaşadır. Festivala müxtəlif ölkələrdən məşhur kollektivlər və musiqiçilər, eləcə də Azərbaycanın tanınmış sənətçiləri qatılmışlar.

Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısında quraşdırılan açıq səhnədə keçirilən mərasimdə ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna rol oynayan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri Mehriban xanım  Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.

Təbrik məktubu festival iştirakçıları və tamaşaçılar tərəfindən minnətdarlıq hissi ilə qarşılanıb.

Tədbirin ilk günü Qəbələ Kamera musiqisi zalında gənclərin ifasında keçirilən konsert möhtəşəmliyi ilə tarixə düşüb.

Açıq səhnədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Gənclər Kamera Orkestrinin çıxışı, beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadənin dirijorluğu ilə əməkdar artist İsfar Sarabskinin pianoda ifası alqışlarla qarşılanıb. Eləcə də C.Tağızadənin rəhbərliyi ilə yaradılan “Tələbə” simfonik orkestrində səsləndirilən C.QerşvininMavi rapsodiya”, S.Hacıbəyovun “Karvansimfonik lövhələri, K.Ələkbərovun “Qafqaz əfsanələri” əsərləri tamaşaçıları heyran edib.

İsmayıllı şəhər sakini, ziyalı xanım Xavər Abbaszadə bildirdi ki, şənbə və bazar günləri İsmayıllıdan bir neçə ailə ilə birlikdə Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalının konsertlərinə getmişdik. Ü.Hacıbəylinin açıq səhnədə təqdim olunanLeyli və Məcnun” operası, Qəbələ Kamera musiqisi zalında isə pianoda Atabala Manafzadə, Kəmalə Neymanova və Nərmin Nəcəflinin, skripkada Süleyman Babakişizadə və Zərifə Alxazovanın, violada Üzeyir Mahmudbəylinin, violonçeldə Murad İbrahimovun çıxışları  tamaşaçılara xüsusi zövq vermişdir: “Açığını deyim ki, burada həm istirahətimiz mənalı keçdi, həm də böyük bir musiqi bayramının iştirakçısı olduq. Bizi sevindirən həm də bu idi ki, tamaşaçılarda xoş ovqat yaradan belə konsertlərin qonşu rayonlarda da təşkili nəzərdə tutulub. Bölgələrdə yaşayan insanlara və musiqisevərlərə xoş anlar yaşadan bu musiqi bayramına görə Heydər Əliyev Fonduna və qəbələli təşkilatçılara ürəkdən təşəkkürümüzü bildiririk”.

İyulun 31-də Qəbələ Kamera musiqisi zalında Fəqan Qasımlı (piano), Məmməd Rəcəbli (klarnet), Aydan Quliyeva (soprano), Taleh Yəhyayev (bariton) və İlahə Sadıqzadə (piano) səhnəyə çıxmışlar. Açıq səhnədə isə əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Bakı Kamera Orkestrinin çıxışı heyranlıqla qarşılanıb.

Bakı şəhər sakini, jurnalist Əməl Kərimova deyir ki, mən bura həm festival çərçivəsində keçirilən konsertlərə tamaşa etmək, həm də Bakı Musiqi Akademiyası kollektivinin tərkibində skripkada çıxışları nəzərdə tutulan oğlum Üzeyirinonun gənc həmyaşıdlarının ifalarını dinləməyə gəlmişəm. Gənc ifaçıların anaları, ataları, bacı və qardaşları, habelə dostları və yaxınları onların çoxsaylı tamaşaçılar qarşısında çıxışlarından, hər dəfə alqışlarla qarşılanan ifalarından ürəkləri dağa dönür, sevinclərinin həddi-hüdudu olmur. Bu festival nəinki respublikamızda, dünyada gənc istedadların tanınması, üzə çıxması baxımından böyük şansdır: “Digər tərəfdən bu festival bölgələrdə mədəniyyətin, incəsənətin inkişafı ilə yanaşı, bütün göstəriciləri ilə həm də gənclərə, gənc musiqiçilərin yaradıcılığına böyük qayğı deməkdir. Biz valideynlər bu dəstəyə və övladlarımıza dövlət səviyyəsində olan qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü bildiririk”.

IX Qəbələ Beynəlxalq Musiqi Festivalı rəngarəng konsertləri ilə tamaşaçılarda xoş anlar yaşadır. Qəbələyə turist kimi gəlmiş xarici ölkə vətəndaşları, rayonun kənd və qəsəbələrində dincələn əcnəbi qonaqlar, respublikamızın ayrı-ayrı bölgələrindən Şəkidə, İsmayıllıda, Zaqatalada, Oğuzda, Qaxda və digər yerlərdə istirahətdə olan insanlar bu musiqi bayramının iştirakçısı olmaqdan məmnunluqlarını və minnətdarlıqlarını bildirirlər.

IX Qəbələ Beynəlxalq Musiqi Festivalı uğurla davam edir.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2017.-2 avqust.- S.5.