Ekran sənəti: kadrlarda yaşayan tarix

 

2 avqust Azərbaycan Kinosu Günüdür

 

Tarixin yaşadılmasında nəsildən-nəsillərə çatdırılmasında kino sənəti mühüm əhəmiyyət daşıyır. Bu sənətin tarixi  bir o qədər qədim olmasa da, keçdiyi yol böyükdür. Kino ilk dəfə Avropada yaradılıb. Teatr tamaşalarından fərqli olaraq, kino daha çox uzunömürlülük qazanıb.

İnkişaf mərhələsi keçən  əsrin ortalarına təsadüf edən Azərbaycan kinosu qısa müddətdə uğur qazanıb ki,  bunun da səbəblərindən biri xalqımızın mədəniyyət incəsənətə daim böyük dəyər verməsidir. Ötən illərdə nəinki sənədli, eyni zamanda bədii filmlərin istehsalı xeyli artıb. Sənətkarlıq  baxımından bir-birindən  fərqlənən illər sonra da sevilərək izlənilənQara daşlar”, “Bəxtiyar”, “Görüş”, “Qızmar günəş altında”, “Onun böyük ürəyi”, “O olmasın, bu olsun”, “Ögey ana s. filmlərimiz tamaşaçıların zövqünü oxşayır. Azərbaycan kinolarının mühüm cəhətlərindən biri onların tərbiyəvi əhəmiyyət daşımasıdır. Hər bir filmin ana xətti vətənə, torpağa məhəbbət, dosta, yoldaşa sədaqət, xeyirxahlıq, xeyirin şər üzərində qələbəsi üzərində qurulub.

Kinonun incəsənət inciləri sırasına çıxarılmasında rejissorun dünyaya   hadisəyə fəlsəfi baxışı, duyumu dünyagörüşü mühüm rol oynayır. O da danılmazdır ki, hər hansı əsərin obrazları, onları ifadə edən aktyorlar istər yazıçı dramaturqdan, istərsə rejissordan daha çox yadda qalır. Dövlət mükafatı laureatı, Azərbaycanın xalq artisti Eldar Quliyev kinomuzun  Qarabağ problemindən uzaqda qalmadığı barədə fikirlərinə konkret faktlarla aydınlıq gətirib: “TəkcəGirovfilmi  Polşa, Misir, Hindistan, İran, Almaniya, ümumiyyətlə, dünyanın bir çox ölkəsində yayılıb. Erməni vandalizminin çirkin siyasətini ifşa edən bu ekran əsəri bir sıra beynəlxalq festivallarda layiqli yer tutub. Fransa İngiltərə kimi dünyanın inkişaf etmiş dövlətlərində bu filmin nümayişi ilə erməni vandalizminin üzü açılıb ki, bu da xalqımızın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən çəkdiyi əzab məşəqqətlərin daha geniş tamaşaçı auditoriyasına çıxarılması deməkdir”.

Müstəqillik illərinin əvvəllərində bütün digər sahələrdə olduğu kimi, kinomuz da durğunluq mərhələsini yaşayıb. Sovetlər dönəmində Azərbaycan kinosu şərəfli yol keçib. Belə olmasaydı, bir ildə kinoteatrlarda  rejissoru T.Tağızadə olanDədə Qorqudfilminə 1,9 milyon nəfər, “Babək”ə isə 1,7 milyon nəfər tamaşaçı baxmazdı. Bir çox bədii sənədli filmin həm ssenari müəllifi, həm aktyoru, həm  rejissoru  kimi tanınan professor Eldar Quliyev ümummilli lider Heydər Əliyevin Kremldə  çalışdığı, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu illərdə onunla görüşərkən kino sənətinin inkişafı istiqamətində verdiyi tövsiyələri əziz xatirə kimi yada salıb: “Bütün hallarda sənədli əsərlərdən fərqli olaraq, bədii nümunələrin yaranmasına zaman lazımdır. 1941-1945-ci illər müharibəsində, xüsusən faşizm üzərində qələbə üçün Azərbaycanın göstərdiyi kömək yalnız Xəzər nefti ilə bağlı deyildi. Moskvada ulu öndər Heydər Əliyevlə görüşlərimdə onun xalqımızın tarixi keçmişinə gələcəyinə göstərdiyi diqqət qayğısına heyran qaldım. Ümummilli lider mənə əsaslı bir görməyi, Bakının əsl qəhrəman şəhər olmasını təsdiqləyəcək film çəkməyi tapşıranda o böyük şəxsiyyətin qəlbindəki vətənpərvərlik məni çox qürurlandırdı. Onda qərara gəldik ki, müharibə dövründə arxa cəbhədəki vəziyyəti əks etdirən əsərlər yaradılsın.Vətən keşiyindəfilmi məhz  ümummilli lider Heydər Əliyevin ideyası əsasında ekranlaşdırıldı”.

Kinematoqrafçıların dəstəyi, rejissorlarla aktyorların sənət yanğısı ilə çəkilmişNakəs”, “Qətl günü”, “Pəncərə”, “Təhminə”, “Dağıdılmış körpü”, “Yuxu”, “Vahimə”, “ gözəldir bu dünya”, “Yük s. filmlərimiz tamaşaçı qəlbinə yol tapan ekran əsərləri sırasındadır.

2006-2010-cu illərdə Azərbaycan filmləri 40-a yaxın ölkədə 90-dan artıq beynəlxalq festivalda iştirak edib. Son illər çəkilənÇalış nəfəs alma”, “Lal  çinar”, “Qanadlarıma sığal çək”, “Yalançılar  s. qısametrajlı filmlər məhz bu sıradandır. Kino sənətinin inkişafına dövlət dəstəyi adıçəkilən sahəyə ayrılmış maliyyə vəsaitində özünü göstərməkdədir.

Son illər dövlət sifarişi ilə çəkilmiş 30-a yaxın tammetrajlı (“Yalan”,  “Əlvida, cənub şəhəri”, “Cavid ömrü”, “Hökmdarın taleyi”, “Kabusun gözüylə”, “Tərsinə çevrilmiş dünya”, “Məhkumlar”, “Biz qayıdacağıq”, “Bəşəriyyətin xilası”, “Vəkil hekayətləri” və s.) filmlərimizin geniş tamaşaçı auditoriyasında rəğbətlə qarşılanması məhz müstəqillik illərində  bu sahədə əldə edilən uğurlardandır.

2008-2018-ci illər üzrə kinonun inkişafına dair Dövlət Proqramı çərçivəsində Bakı şəhərindəki “Nizami” kinoteatrı təmir və müasir texnoloji avadanlıqlarla təmin edilib. Heydər Əliyev Fondu ilə birgə layihə çərçivəsində çəkilən cizgi filmləri bərpa olunub.  Bir nağıl söylə mənə” filminin  (iki DVD toplusunda) təqdimatı keçirilib.

Azərbaycan kinosunun uzunömürlülüyündə korifeyləşmiş sənətkarlarımız az olmayıb. Xalqımızın bu sahədə əvəzsiz xidmətləri ilə qəlbini ovsunlayan Həsən Seyidbəylini, Adil İsgəndərovu, Ələsgər Ələkbərovu, Lütfəli Abdullayevi, Bəşir Səfəroğlunu, Muxtar Dadaşovu, Ağasadıq Gəraybəylini, Əliağa Ağayevi,  Səməndər Rzayevi,  Həsən Əblucu,  Hamlet Xanızadəni,  Nəsibə Zeynalovanı və  onlarla belə sənət fədaisini xatırlamaq olar.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2017.-2 avqust.- S.5.