“Dəniz kuboku-2017” müsabiqəsinin şəffaf və
yüksək səviyyədə keçirilməsi üçün hər cür
şərait yaradılıb
Bakıda keçiriləcək “Dəniz
kuboku-2017” beynəlxalq müsabiqəsində
yarışlara qatılacaq
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin
gəmiləri və şəxsi heyəti tam hazır vəziyyətdədir. Beynəlxalq yarışların
şəffaf və yüksək səviyyədə
keçirilməsi üçün
Müdafiə Nazirliyinin
rəhbərliyi hər
cür şərait yaradıb.
AZƏRTAC xəbər
verir ki, bu sözləri avqustun 1-də Hərbi Dəniz Qüvvələrinin
qərargahında iştirakçı
ölkələrin nümayəndə
heyətlərinin rəhbərləri,
hakimlər komissiyasının
üzvləri, yerli və xarici jurnalistlərin iştirakı
ilə “Dəniz
kuboku-2017” beynəlxalq müsabiqəsinin
başlanması ilə
bağlı təşkil
olunan mətbuat konfransında yarışların
baş hakimi, birinci dərəcəli kapitan Şahin Məmmədov deyib.
Ş.Məmmədov bildirib ki, avqustun 1-dən 11-dək
Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmilərinin iştirakı
ilə keçiriləcək
"Beynəlxalq Ordu
Oyunları-2017" yarışları çərçivəsində Bakıda “Dəniz
kuboku-2017” müsabiqəsi təşkil
olunacaq. Müsabiqə üç mərhələdə
- artilleriya atəşlərinin
yerinə yetirilməsi,
gəminin dayanıqlığı
uğrunda mübarizə,
xilasetmə və dəniz hazırlığı
üzrə keçiriləcək.
Müsabiqənin yüksək səviyyədə
keçirilməsi üçün
liman körpüləri,
təlim-məşq kompleksləri
və digər təlim mərkəzləri
tam hazır vəziyyətdədir.
Artıq
yarışda iştirak
edəcək komandaların
məşqləri olub.
Qeyd edilib ki, müsabiqənin
məqsədi iştirakçı
ölkələrin silahlı
qüvvələrinin şəxsi
heyətinin döyüş
hazırlığının artırılması, təcrübə
mübadiləsi və
hərbi qulluqçular
arasında dostluq münasibətlərinin yaranmasıdır. “Dəniz
kuboku-2017”də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin “G-124”, “G-122” gözətçi gəmiləri,
Rusiya Hərbi Dəniz Donanmasının
Xəzər flotiliyasından
“Qrad Sviyajsk” kiçik raket, “CB-45” xilasetmə yedək gəmisi, İran Hərbi Dəniz Qüvvələrinin “Peykan”,
“Cövşən” raket
gəmiləri və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin
“Qazaxıstan”, “Sarıarka”
raket-artilleriya və “Jayık” hidroqrafiya gəmiləri iştirak edəcək. İştirakçılar üç mərhələdə
altı epizoddan ibarət yarışlarda güclərini sınayacaqlar.
Diqqətə çatdırılıb ki,
“Dəniz kuboku-2017” beynəlxalq
yarışının təntənəli
açılış və
bağlanış mərasimləri
müvafiq olaraq avqustun 1-də və 11-də
keçiriləcək.
Rusiya Hərbi
Dəniz Donanmasının
“Dəniz Kuboku–2017” yarışlarına
tam hazır olduğunu
deyən Rusiya nümayəndə heyətinin
rəhbəri, 1-ci dərəcəli
kapitan Sergey Ekimov yarışların keçirilməsi
üçün yaradılan
yüksək səviyyəli
şəraitə görə
təşəkkürünü bildirib.
Qazaxıstan nümayəndə heyətinin
rəhbəri, 1-ci dərəcəli
kapitan Ermek Bayqabulov və İran nümayəndə
heyətinin rəhbəri,
1-ci dərəcəli kapitan
Seydi Mahmud Amuzeş yarışlara hazırlığın
yüksək səviyyədə
olduğunu bildiriblər.
Mətbuat konfransı zamanı iştirakçı heyətlər
tərəfindən döyüş
hazırlığı poliqonlarına
çıxış, müsabiqənin
mərhələ və
epizodlarının yerinə
yetirilməsi üzrə
məşqlərin keçirilməsi
haqqında ətraflı
məlumat verilib. Həmçinin jurnalistlərin iştirakı
ilə müsabiqəyə
cəlb olunan gəmilərə, xüsusi
texnikalara, silahlara baxış keçirilib,
onların təyinatına
dair qısa brifinq verilib və jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, iyulun 29-dan avqustun 12-dək 5 ölkə
- Azərbaycan, Belarus, Qazaxıstan,
Çin və Rusiya ərazisində keçiriləcək “Beynəlxalq
Ordu Oyunları-2017” yarışlarında
Azərbaycan Silahlı
Qüvvələrinin nümayəndələri
də iştirak edirlər.
Azərbaycan.- 2017.-2 avqust.- S.4.