Janna Qandelmann: Qəbələdən xoş təəssüratlarla ayrılacağam

 

Musiqi festivalı çox gözəl məkanda təşkil olunur. Üçüncü dəfədir ki, Qəbələ festivalında iştirak edirəm. Bura çox xoşuma gəlir gələcəkdə yenə gələcəyəm.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Heydər Əliyev Fondunun təşkil etdiyi IX Qəbələ Beynəlxalq Musiqi Festivalında çıxış edən İsrailin Yerusəlim Simfonik Orkestrinin konsertmeysteri, Yerusəlim Musiqi Konservatoriyasının müəllimi, tanınmış violin ifaçısı Janna Qandelman deyib.

O, Qəbələ Beynəlxalq Musiqi festivalının yüksək səviyyədə təşkil olunduğunu bildirib: “Bu günlərdə Qəbələyə toplaşan dünyanın məşhur musiqi xadimləri təqdim etdikləri konsertlərlə böyük tamaşaçı auditoriyasına əsl musiqi bayramı yaşadırlar. Bizi bura dostumuz, festivalın bədii rəhbərlərindən olan Dmitri Yablonski dəvət edib. Mən 3-cü dəfədir ki, bu musiqi bayramında iştirak edirəm həmişə olduğu kimi, bu dəfə Azərbaycandan xoş təəssüratlarla ayrılacağam”.

Janna Qandelman deyib: “Mən burada məşhur ifaçılar Murad Adıgözəlzadə, Dmitri Yablonski Mixail Slatkin ilə birgə səhnəyə çıxdım möhtəşəm kamera konserti verdik. İfamız tamaşaçıların xoşuna gəldiyi üçün onlar bizi ayaq üstə alqışladılar. Biz çox sevinirik ki, musiqi bayramını izləyənlər üçün gözəl əhval-ruhiyyə bəxş edə bildik”.

Bir çox beynəlxalq müsabiqələrin qalibi olan israilli musiqiçi Qəbələnin çox xoşuna gəldiyini, boş vaxtlarında mənzərəli yerləri gəzdiyini bildirib. Qeyd edib ki, növbəti festivala dəvət almasa belə, Qəbələyə turist kimi mütləq gələcək.

 

Azərbaycan.- 2017.-3 avqust.- S.4.