Qax şəhərində abadlıq-quruculuq işlərinin
davam etdirilməsi ilə bağlı əlavə
tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi
inkişafı dövlət proqramlarının icrası nəticəsində
Qax rayonunda infrastruktur layihələrinin yerinə yetirilməsi
və əhalini narahat edən problemlərin
həlli sahəsində mühüm tədbirlər
həyata keçirilmiş, Olimpiya İdman Kompleksi, “İçəribazar” qala kompleksi, Bayraq Muzeyi, əlil və
şəhid ailələri üçün
68 mənzilli 3 yaşayış binası inşa
edilmiş, Mərkəzi Rayon
Xəstəxanası, Rayon Mədəniyyət
Mərkəzi, Uşaq-Gənclər Şahmat
İdman Məktəbi əsaslı təmir
olunmuş, müasir tələblərə
cavab verən digər sosialyönümlü
obyektlər istifadəyə verilmiş, yol-nəqliyyat infrastrukturu
yaxşılaşdırılmış, şəhərin su təchizatı sistemi
yenidən qurulmuş, iri
istehsal müəssisələri
yaradılmış, genişmiqyaslı abadlıq-quruculuq
işləri görülmüşdür.
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq Qax şəhərində abadlıq-quruculuq işlərinin
davam etdirilməsi məqsədi ilə qərara alıram:
1. Qax şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Qax Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 avqust
2017-ci il
Azərbaycan.- 2017.-6 avqust.- S.1.