“Azərbaycan Respublikası Dövlət Neft
Fondunun Müşahidə
Şurasının yeni tərkibinin təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 73 nömrəli
Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 73 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 11, maddə 1031; 2010, ¹ 2, maddə 80; 2014, ¹ 5, maddə 477; 2016, ¹ 8, maddə 1384) 1-ci hissəsində “Vahid Axundov - Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri” sözləri “Natiq Əmirov - Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi - şöbə müdiri” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
5 avqust 2017-ci il
Azərbaycan.-
2017.-6 avqust.- S.2.