Azərbaycan Respublikası Prezidentinin
2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq
edilmiş İnzibati
və yardımçı vəzifələrin Təsnifat Toplusunda dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 764-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 8, maddə 440; 2006, ¹ 3, maddə 229, ¹ 6, maddə 498; 2007, ¹ 2, maddələr 86, 101, ¹ 3, maddələr 217, 227, ¹ 7, maddə 714, ¹ 9, maddə 867, ¹ 10, maddə 948, ¹ 12, maddə 1242; 2008, ¹ 1, maddə 9, ¹ 3, maddələr 173, 179, ¹ 6, maddə 499, ¹ 8, maddələr 717, 723; 2009, ¹ 2, maddə 66, ¹ 6, maddələr 419, 421, 422; 2010, ¹ 2, maddə 80, ¹ 3, maddə 183, ¹ 10, maddə 850; 2011, ¹ 2, maddə 85; 2012, ¹ 11, maddə 1078; 2013, ¹ 3, maddə 236, ¹ 8, maddə 901; 2014, ¹ 9, maddə 1027; 2016, ¹ 5, maddə 854, ¹ 6, maddələr 1029, 1073; 2017, ¹ 5, maddə 840) ilə təsdiq edilmiş İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 1.9.39-1-ci yarımbənd əlavə edilsin:
1.9.39-1. Yerli icra hakimiyyəti başçısının yanında olan orqanların rəhbəri və onun müavini;.
2. 2.1.8-ci yarımbəndin 3-cü abzasına yerli sözündən əvvəl yerli icra hakimiyyəti başçısının yanında olan orqanların rəhbəri, onun müavini, sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, sözləri əlavə edilsin.
3. 2.3.4-cü yarımbəndin 3-cü abzasına yerli sözündən əvvəl yerli icra hakimiyyəti başçısının yanında olan orqanlarda, sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 avqust
2017-ci il
Azərbaycan.-
2017.-6 avqust.- S.2.