Dövlət dəstəyi tütünçülüyün,
baramaçılığın və
fındıqçılığın uğurlu
inkişafına təkan verəcək
Son illər iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına xüsusi qayğı göstərilir. Bu sahədə müşahidə edilən dinamik artım ölkənin ümumi inkişafına təkan verən başlıca amillərdən biridir. Qeyri-neft sektorunda coğrafiyasına və əhalinin məşğulluq səviyyəsinə görə ən böyük sahə kənd təsərrüfatıdır. Dünyada baş verən proseslərə nəzər yetirdikdə görürük ki, bu sahənin inkişafı həm də strateji əhəmiyyətə malikdir.
Belə ki, dünyada ərzaq çatışmazlığı problemi son dövrlər kəskin xarakter alıb. Birləşmiş Millətlər Təşkilatının son hesablamalarına görə, dünyada 850 milyon insan aclıq və ya qismən aclıq çəkir. Aqrar sektorun inkişafı ölkəmiz üçün üç əsas məsələyə görə vacibdir. Birincisi, ölkənin ərzaq təhlükəsizliyini, ikincisi, idxal imkanlarından istifadəni, üçüncüsü isə bölgələrdə əhalinin məşğulluğunu təmin etməkdir.
Son dövrlər bu məqsədlə aqrar sektorda həyata keçirilən islahatlar, fermerlərə dövlət tərəfindən göstərilən hərtərəfli dəstək öz bəhrəsini verir. Görülən tədbirlər nəticəsində cari ilin 6 ayında ölkənin bir çox məhsula olan tələbatı tam ödənilməklə yanaşı, ixrac da 40 faizdən çox artıb. Bu rəqəm aqrar sektorda olan inkişafı əyani şəkildə göstərir.
Lakin ölkənin aqrar sektorda potensialı daha böyükdür. Kənd təsərrüfatının ixrac imkanlarını isə qeyd edilən rəqəmdən xeyli artırmaq mümkündür. Prezident İlham Əliyevin sədrliyi ilə avqustun 4-də Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair keçirilən respublika müşavirəsində bu məsələlər geniş şəkildə müzakirə olunub. Dövlət başçısı demişdir: “Qeyri-neft iqtisadiyyatımız, qeyri-neft sənayemiz artdı. İxrac 36 faiz, qeyri-neft ixracı 27 faiz artıb. Kənd təsərrüfatı ixracı 40 faizdən çox artıb... Bir sözlə, idxaldan asılılığı azaltmaq, daxili tələbatı daxili istehsal hesabına təmin etmək və ixrac imkanlarımızı genişləndirmək məsələləri Azərbaycanda uğurla təmin edilir. Əminəm ki, bugünkü müşavirənin nəticəsində bizim üçün ənənəvi olan sahələr - baramaçılıq, tütünçülük, fındıqçılıq da uğurla inkişaf edəcək, həm fermerlər, kəndlilər daha da böyük fayda görəcək, eyni zamanda, dövlətimiz də güclənəcək”.
Tütünçülüklə bağlı dövlət
proqramı qəbul ediləcək
Azərbaycanda kənd təsərrüfatında ənənəvi sahələrdən biri də tütünçülükdür. Tütün sovet dönəmində ölkəmizdə geniş şəkildə istehsal olunurdu. Bu məhsulun istehsalının pik dövrü 1978-ci ilə təsadüf edir. Həmin ildə tütünün əkin sahələrinin həcmi 18 minə çatmışdır. 90-cı illərdə isə tütün istehsalı 14 min hektar sahədə aparılıb. Beləliklə, tütünçülükdə tənəzzül dövrü başlanıb. Yalnız 2014-cü ildə cəmi 1000 hektarda tütün əkilmişdir. Rəqəmləri müqayisə etdikdə bu məhsulun istehsalının ölkəmizdə kəskin şəkildə azalmasını görürük.
Son dövrlər tütünçülüyə göstərilən dövlət qayğısı sayəsində tütünçülükdə yenidən inkişaf müşahidə olunur. Bu sahədə Şəki, Zaqatala və Qax rayonları fərqlənir. Məsələn, 2015-ci ildə Şəkidə 600 hektarda tütün əkilmişdisə, hazırda bu rəqəm 843 hektara çatdırılıb. Zaqatalada əkin sahələri 460 hektardan 744 hektara, Qaxda isə 300 hektardan 600 hektara çatdırılmışdır. Hazırda 3200 hektarda tütün əkilir. Qeyd edildiyi kimi, tütünçülüyə göstərilən qayğı sayəsində 13 rayonda tütünçülük yenidən bərpa edilib. Qarşıdakı illərdə tütün əkininin coğrafiyası və əkin sahələrinin sayı da artacaq. Ona görə ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən tütün istehsalçılarına güzəştli kreditlər verilir. Bundan əlavə, dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. Bu məqsədlə dövlət proqramı da qəbul ediləcəkdir.
Azərbaycan ipəyi yenidən dünya
bazarına ixrac olunacaq
Azərbaycan ipəyinin də şöhrəti özünə qaytarılacaq. Bunun reallaşması üçün “Şəki İpək” və Mingəçevir Texnologiyalar Parkı xüsusi rol oynayacaq.
Baramaçılıqla bağlı ötən dövrlərin statistikasına nəzər yetirdikdə bu sahədə də baş verən tənəzzül və artım dinamikasını görə bilirik. Ötən əsrin 70-ci ilində Azərbaycanda barama istehsalı 3700 ton səviyyəsinə çatmışdır. Ulu öndərin bu sahəyə göstərdiyi qayğı nəticəsində 10 il ərzində ölkədə barama istehsalı 5 min tona çatdırıldı. Lakin 1991-ci ildən sonra bu sahədə də kəskin tənəzzül baş verdi.
Qeyd edək ki, 2015-ci ildə cəmi 200 kiloqramdan bir qədər çox barama tədarük edilmişdir. Görülən tədbirlər nəticəsində iki il ərzində bu rəqəm 244 tona çatdırılıb. Perspektivdə bu sahədə daha yüksək məhsuldarlığa nail olunması nəzərdə tutulub.
Hazırda Azərbaycanda 30 rayonda barama istehsal olunur. Ən çox barama
becərilən rayonlar
Zərdab, Füzuli, Zaqatala, Şəki, Ağcabədi, Ağdam, Bərdə, Qax, Kürdəmir, Balakəndir.
“Şəki İpək”
Səhmdar Cəmiyyətinin
yenidən fəaliyyətə
başlaması baramaçılığın
inkişafına təkan
verəcək. Ona görə
ki, bundan əvvəl baramaçılar
hazır məhsulun alıcısı olmadığı
üçün bu sahəyə maraq göstərmirdilər. Artıq bu
problem həllini tapıb.
Hazırda 3 min kümçü ailəsi
baramaçılıqla məşğul
olur. Bu da öz
növbəsində bölgələrdə
yaşayan əhalinin məşğulluğunun təmin
edilməsinə və
rifahının yaxşılaşmasına
geniş imkanlar açır.
Gələcəkdə Mingəçevir Texnologiyalar
Parkı fəaliyyətə
başlayanda bu məhsula olan tələbat daha da artacaq. Çünki texnologiyalar parkında ipəkdən məhsul hazırlayan fabriklər fəaliyyət göstərəcək.
Beləliklə, yerli tələbatı
ödəməklə bərabər,
ixrac imkanları da artacaq ki,
bu da ölkəyə
valyuta gətirəcək.
Bu məhsulun istehsalının artırılması
üçün ölkəmizdə
geniş potensial var. Hesablamalara görə, gələn il
ölkədə barama
istehsalını 500 tona
çatdırmaq mümkün
olacaq. Əkilən və əkiləcək
ağacları nəzərə
alsaq, 2019-cu ildə isə bu rəqəmi
ən azı 1000 ton səviyyəsinə çatdırmaq
mümkündür. Uzaq perspektivdə
isə yəni, 2025-ci
ildə ölkədə
barama istehsalının
6 min tona çatdırılması
nəzərdə tutulub.
Bu məqsədlə bölgələrdə
kütləvi şəkildə
ağaclar əkilir, iki il bundan əvvəl 300 mindən bir qədər çox tut ağacı vardısa, hazırda 2 milyon 200 minə çatıb. Baramaçılığın inkişafında yem bazası kimi tut yarpağından istifadə olunur. Bu ağacların sayının artması, eyni zamanda, baramanın
kəmiyyət və keyfiyyətinin artması deməkdir. Beləliklə, əminliklə deyə
bilərik ki, son bir neçə ildə bu sahədə
böyük inkişafın
şahidi olacağıq.
Fındıqçılıq aqrar sektorda ən çox gəlir gətirən sahələrdən biridir
Ötən il ölkəmiz fındıq ixracından
105 milyon məbləğində
gəlir əldə edib.
Baramaçılıq və tütünçülükdən
fərqli olaraq fındıq istehsalında
tənəzzül müşahidə
edilməyib. Çünki bu məhsula
daxili tələbat yüksək olub. Yəni, fındıq istehsalçısı
yerli bazarda həmişə özünə
alıcı tapa bilib. Bu üzdən
fındıq istehsalında
digər sahələrlə
müqayisədə geriləmə
əvəzinə müəyyən
mənada inkişaf müşahidə olunub.
2000-ci ildə
Azərbaycanda fındıq
bağlarının sahəsi
18 min hektar idisə,
2013-cü ildə bu rəqəm 30 min hektara çatıb. Hazırda ölkədə 55 min hektarda fındıq bağları var. Dövlət
bu sahənin inkişafını öz
üzərinə götürüb.
Fındıqçılığın inkişafına göstərilən
dövlət dəstəyi
tədbirlərindən biri
də fındıq bağlarının salınması,
tədarükü, emalı
və ixracı layihələrinin maliyyələşdirilməsinə
Sahibkarlığa Kömək
Milli Fondu tərəfindən güzəştli
kreditlərin verilməsidir. Bu məqsədlə
50-dən çox sahibkara
10,6 milyon manat, o cümlədən cari ilin ötən dövrü ərzində
fındığın tədarükü,
emalı və ixracyönümlü layihələrinə
600 min manat güzəştli
kredit verilib. Bu, inkişafın nəticəsidir
ki, cari ilin birinci yarısında
32,3 milyon dollar dəyərində fındıq
ixrac edilib, məhsul yığımı
başa çatandan sonra bu rəqəm
daha yüksək olacaq. Son dövrlər
ixracın təşviqi
sayəsində fındıq
ixracında da dinamik artım müşahidə edilir.
Ən çox ölkəmizdən
fındıq İtaliyaya,
Rusiyaya, Almaniyaya ixrac olunur.
Cari mövsümdə 60 min tonadək
fındıq yığılması
nəzərdə tutulur. İlkin
proqnozlara görə,
bu il
ötən illə müqayisədə təqribən
50 faizlik artım əldə olunacaq. Yeni fındıq bağlarının
salınması ildən-ilə
bu rəqəmin artmasına imkan verəcək. Qeyd edək
ki, hazırda Azərbaycan dünyada dördüncü fındıq
ixracatçısıdır. Əgər ölkəmizdə bu sahə sürətlə inkişaf edərsə, növbəti illərdə
biz daha yüksək pilləyə qalxa bilərik. Bunu cari ilin birinci
rübündə 32,3 milyon dollarlıq fındıq ixrac etməyimiz də sübut edir.
Ümumiyyətlə, beynəlxalq qurumlar tərəfindən aparılan
araşdırmalara görə,
dünyada fındıq
istehsalının artımı
gözlənilir. Səbəb bu məhsula
dünya bazarında artan tələbatdır.
Belə hal istər-istəməz fındıq istehsalçıları
arasında rəqabəti
gücləndirəcək. Hansı ölkə dünya bazarına keyfiyyətli və münasib qiymətə məhsul çıxarsa, onun məhsulu alınacaq.
Azərbaycan fındıq İstehsalçıları
və İxracatçıları
Assosiasiyası bunu nəzərə alaraq fermerlərlə sıx əlaqə saxlayır, onlara lazım olan yardım göstərir. Bundan əlavə,
məhsul ixracını
asanlaşdırmaq üçün
bir sıra tədbirlər görür.
Assosiasiya cari il Almaniya
və Ukraynaya ixrac missiyaları təşkil edib. O cümlədən, Almaniyada
keçirilən “Yaşıl
həftə” və Dubay şəhərində
keçirilən “Gulfood”
sərgilərində iştirak
edərək yeni bazarlarda müştərilər
tapıb. Hazırda onlarla alqı-satqı
barədə intensiv danışıqlar aparılır.
Dövlət tərəfindən də
aqrar sektorda istehsal olunan məhsulların ixrac təşviqinin həyata keçirilməsi istiqamətində
tədbirlər görülür. Xüsusən, “Made in
Azerbaijan” brendinin tanıdılması
istiqamətində mühüm
tədbirlər reallaşdırılır.
Məhz bunun sayəsində son vaxtlar Azərbaycanda ixracyönümlü qeyri-neft,
o cümlədən kənd
təsərrüfatı məhsullarının
istehsalı xeyli artıb.
Rüstəm KAMAL,
Azərbaycan.- 2017.-6 avqust.-
S.1; 4.