Qafqaz Müsəlmanları İdarəsinin sədri İrana səfər edir

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə avqustun 5-də İran İslam Respublikasına səfərə yola düşür.

QMİ-dən AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatı və İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assambleyası ilə birlikdə avqustun 6-da Tehran şəhərində keçirəcəyi “İslam həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfransda iştirak etməkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elan etdiyiİslam Həmrəyliyi İli” çərçivəsində Bakıda, Rusiyada, Finlandiyada keçirilmiş beynəlxalq tədbirlərin ardınca Tehranda baş tutacaqİslam həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfransda Azərbaycan Respublikası Milli Məclisinin üzvləri, elmdin xadimlərindən ibarət nümayəndə heyəti iştirak edəcək.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə İrana səfəri çərçivəsində İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin inauqurasiya mərasimində də iştirak edəcək.

 

Azərbaycan.- 2017.-6 avqust.- S.3.