Əli Laricani: Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İlielan etməsi mühüm addımdır

 

İslam Həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” mövzusunda keçirilən konfransda iştirak etmək məqsədilə Tehranda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 7-də İran İslam Şurası Məclisinin (parlamentin) sədri Əli Laricani ilə görüşüb.

Görüşdə İran parlamentinin sədri bildirib ki, İran ilə Azərbaycan tarixi dostluq əlaqələrinə malikdir. Hər iki ölkənin prezidentləri siyasi iradə nümayiş etdirərək münasibətlərin yüksək səviyyəyə çatmasına nail olublar.

Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ili ölkədə “İslam Həmrəyliyi İlielan etməsinin mühüm addım olduğunu vurğulayan Ə.Laricani dövlətimizin başçısının bu təşəbbüsünü və Allahşükür Paşazadənin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib.

İran parlamentinin sədri “İslam Həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” mövzusunda konfransın keçirilməsini mütərəqqi hal hesab edərək bunun İslam dünyasında həmrəyliyin formalaşmasına kömək göstərəcəyini diqqətə çatdırıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını İran parlamentinin sədri Əli Laricaniyə çatdırıb. Şeyxülislam qeyd edib ki, İran-Azərbaycan münasibətləri dövlət başçılarının siyasəti nəticəsində yüksələn xətlə inkişaf edir. Hər iki ölkənin həmrəyliyi İslam dünyasında baş verən təlatümlü hadisələrin aradan qaldırılmasına ciddi yardım edər. Azərbaycan Prezidentinin İslam dünyasına həmrəylik çağırışı müsəlmanların dincmehriban şəraitdə yaşamasına əməli töhfəsini verir. Azərbaycanda bütün dini konfessiyaların nümayəndələri bərabər hüquqlara malikdirlər, dincmehriban şəraitdə yaşayırlar.

Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları Eldar İbrahimov, Hikmət Məmmədov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və İrandakı səfiri Bünyad Hüseynov, İran-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri Salman Xodadadi və başqaları iştirak ediblər.

Söhbət zamanı qeyd olunub ki, bəzi qüvvələr radikal dini cərəyanları maliyyələşdirərək regionda sülhü pozmağaqeyri-sabit vəziyyət yaradıb öz maraqlarını güdməyə çalışırlar. Lakin qarşılıqlı əlaqələrin tarixi köklərə söykənməsi və xalqların milli dini oxşarlığı, eyni zamanda, İran və Azərbaycan prezidentlərinin səyləri üçüncü tərəfin münasibətlərimizə müdaxiləsinə imkan verməz.

Hazırda İran ilə Azərbaycan enerji, nəqliyyat, kənd təsərrüfatı, turizm, səhiyyə və digər sahələrdə geniş əməkdaşlıq edirlər. Əlaqələrin səmimi xarakter daşıması onun böyük perspektivindən xəbər verir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparılıb.

 

AZƏRTAC

 

Azərbaycan.- 2017.-8 avqust.- S.5.