Kərkük sevdalı filoloq

 

Elm xadimləri

 

Professor Qəzənfər Paşayev doğma vətənində olduğu kimi, İraq, Türkiyə, İran kimi ölkələrdə də dilçi, ədəbiyyatşünas, folklorçu kimi etiraf olunmuş alim, pedaqoqictimai xadimdir. Ömrünün səksəninci baharını tükənməz enerji, yaradıcılıq ehtirası ilə qarşılayan Qəzənfər müəllimi müasir humanitar fikrimizin səlahiyyətli söz sahibi etmiş yeddicildlikSeçilmiş əsərləri” onun elmi maraq dairəsinin hüdudlarını, mövzu və mətləblərini, müəllifin vətəndaşlıq mövqeyini özündə ehtiva edir.

Qəzənfər Paşayev imzasını tanıdan, ona bir filoloq alim kimi hörmət və nüfuz qazandıran, şübhəsiz ki, bu insanın İraq türkmanlarının varlığını özündə yaşadan mənəvi yaddaşın bütün daşıyıcılarına eyni həssaslıq və professionallıqla yanaşması, onların bitib-tükənməyən milli-bədii tutumunu üzə çıxarmasıdır. Qəzənfər müəllim klassik ədəbi irs, dil tarixi, qarşılıqlı ədəbi təsir, müasir ədəbi proses haqqında yazanda və danışanda da İraq türkmanlarının zəngin mədəniyyətinin ona aşıladığı bir ovqata köklənir.

Tovuzun Düzqırıqlı köyündən beş-altı dərsliklə Bakıya yollanan Qəzənfər müəllim bu gün doğma məktəbində onu qarşılayan onlarca məktəblinin qürur hissi ilə başı üzərinə qaldırdığı xeyli sanballı elmi-publisist kitabın müəllifidir, ölkəmizdə sayılıb-seçilən ziyalılardandır.

Professor Qəzənfər Paşayevin humanitar fikrin müxtəlif sahələrini eyni səriştəliklə tədqiq etməyinin kökü onun geniş elmi erudisiyasından, böyük həyat təcrübəsindən irəli gəlir.

Azərbaycan Dillər Universitetində ingilis və Azərbaycan dilləri ixtisasına yiyələnməsi, uzun illər xaricdə rusingilis dilləri üzrə tərcüməçi işləməsi, İraqda çalışdığı müddətdə ərəb dünyası ilə yaxından tanışlığı onun elmi tədqiqatları üçün ədəbi-tarixi zəmin yaratdı. Altı ildən çox İraqda tərcüməçilik fəaliyyəti dövründə müşahidə və elmi axtarışları əsasında yazdığı “Altı il Dəclə-Fərat sahillərində” əsəri bu dövrün bəhrəsi olmaqla yanaşı, onun sonrakı fəaliyyətinin də bütün istiqamətlərini müəyyən etdi.

Hələ gənclik illərində İraq deyəndə romantik bir ovqata köklənirdik. Aşıqların söylədiyi “Koroğlunun Bağdad səfəri”, “Min bir gecə dastanları”nın bitib-tükənməyən realirreal həyat lövhələri məsafəcə bizə o qədər də uzaq olmayan bu ölkə haqqında hərədə bir İraq, Bağdad obrazı yaradırdı. Hələ bu ölkədə bizim dildə danışan xalqın varlığından xəbərsizdik. Füzulini yetirən, Gəncədən, Qarabağdan perik düşmüş doğmalarımızın taleyi, indisi haqqında təsəvvürümüz Bağdad ellərinin ilğımına bənzəyirdi.

“Altı il Dəclə-Fərat sahillərində” ötən əsrin 70-ci illərində Azərbaycan ədəbi-mədəni həyatında gözlənilməz, ilğıma bürünmüş xəyallarımızı gerçək edən hadisə oldu.

“Altı il Dəclə-Fərat sahillərində” əsəri bizim ədəbiyyat tariximizdə janr etibarilə yeni hadisə idi. Bunu vaxtilə dəqiq müşahidə etmiş şair, professor Qasım Qasımzadə yazırdı: “Altı illik səmərəli zəhmətin əbədiləşən səhifələrini nəzərdən keçirdikcə Q.Paşayevin şəxsində istedadlı dilçi, ədəbiyyatşünas, tarixçi, etnoqraf alimlə, sosioloq jurnalistlə, ən ümdəsi də bütün bunları özündə cəmləşdirən, görüb-götürmüş şərqşünas bir müsahiblə üz-üzə dayanırıq”. Bu dəqiq elmi müşahidələrə onu artırmaq istərdim ki, çağdaş ədəbi-mədəni zəmində əsərin janrına yenidən qayıtdıqda burada yazıçı təfəkkürünün reallaşdırdığı, ədəbi-tarixi sinxronluğun vəhdətini ehtiva edən roman poetikasının şahidiyik. Uzaq və yaxın tarix, mif, folklor, təbiət haqqında Q.Paşayevin müşahidələri, bədii qavrayış yetkinliyi müəllif təhkiyəsinin poetik həndəvərindədir. Xatirə, məktublaşma, müxtəlif tipli görüşlərə verilən bədii yozumlar əsərə bir tamlıq gətirir.

Qəzənfər Paşayevin yaradıcılıq imkanları bu əsərdə bir məqsədə xidmət edir. İraqda yaşayan dili, inamı, varlığı bizimlə bir olan Kərkük elləri ilə uçurulmuş mənəvi körpüləri bərpa etmək. Mübaliğəsiz demək olar ki, ömrünün yarım əsrini Kərkük türkmanlarının ədəbi-mədəni həyatının keçmişi və indisinə həsr etmiş Q.Paşayev böyük elmi toplumun görəcəyi işi görmüşdür.Bizim üçün İraq Füzulidən, Füzuli Kərbəladan başladığı kimi, Kərkük də Qəzənfər Paşayevdən başlayır” (Yaşar Qarayev).

“Kərkük bayatıları” (1968), “Kərkük mahnıları” (1973), “İraq-Kərkük atalar sözləri” (1978), “Kərkük tapmacaları” (1984) “Kərkük folkloru antologiyası” (1987), “İraq-türkman nağılları” (2014), “Çağdaş İraq şeirindən seçmələr” (Ə.Bəndəroğlu ilə birgə, 2001) kimi nəşrlər Qəzənfər Paşayevin bir folklorçu, mətnşünas kimi tədqiqatçılıq potensialının miqyasını ortaya qoydu.

Qəzənfər Paşayevin folklor yaddaşı Qurbani, Xəstə Qasım, A.Tufarqanlı, Sarı Aşıq, A.Ələsgər, A.Şəmşir, Mikayıl Azaflı irsinin sənət möcüzələri zəminində formalaşıb. Azərbaycan saz sənətinin incilərinə dərindən bələd olan, onların təbliği ilə ardıcıl məşğul olan Qəzənfər müəllimin Kərkükün mədəni sərvətlərinə vurğunluğunun, onun bədii-fəlsəfi mahiyyətinin sərrast araşdırmasının bir sirri də yaradıcılıq psixologiyasının bu yönümü ilə bağlıdır.

Qəzənfər Paşayev bir dilçi-folklorşünas kimi Kərkük mədəni sərvətlərinin dərinliyinə endikcə ucalıb. Yuxarıda qeyd olunan ədəbi materiallar əsasında yazılmış “İraq-Türkman ləhcəsi” və “Kərkük folklorunun janrları” kimi monoqrafiyalar ona orijinal təfəkkür sahibi olan bir filoloq kimi ölkəmizdə və onun hüdudlarından kənarda elmi nüfuz qazandırmışdır. Onun dilçiliklə bağlı araşdırmaları yeddicildliyinin ikinci cildində toplanmışdır.

Azərbaycan dialektologiyasının inkişaf dövründə yazılmış “Kərkük dialektinin fonetikası” əsərinin üstünlüyü onda idi ki, bu əsərdə rus və Azərbaycan türkologiyasının elmi-metodoloji təcrübəsi ilə ilk dəfə tədqiq olunan dil materialı vəhdətdə idi. Digər tərəfdən, monoqrafiya İraqda və Türkiyədə Kərkük dialektinin öyrənilməsinin başlanğıcı oldu. Azərbaycan klassik ədəbiyyatının böyük bir dövrünün poetik sisteminin qaynaqlarını və təkamülünü öyrənmək mənasında da göstərilən monoqrafiya öz missiyasını davam etdirir. “Mən hesab edirəm ki, Q.Paşayevin azərbaycanşünaslığa verdiyi zəngin bol dil, ədəbiyyat nümunələrinin tədqiqinə başqa elmi kollektivlərimiz də qoşulmalıdır” (Tofiq Hacıyev).

“Dilimiz-varlığımız” başlığı ilə çap olunmuş tədqiqatlar məzmun baxımından sistemləşdirilmiş, müəllifin rəhbər tutduğu ideoloji kontekst, dilə xalqın tarixi taleyi bucağından baxış prinsipi onlara bütövlük, elmi məntiq aşılamışdır.

Qəzənfər Paşayevinİraq türkman folkloru” və “Kərkük folklorunun janrları” kimi sanballı monoqrafiyaları bu diyarda meydana çıxmış folklor nümunələrini müasir elmi biçimdə dünya ictimaiyyətinə təqdim edən əsərlərdir. Folklorşünaslıq elminin tarixi təcrübəsini mükəmməl öyrənmiş Qəzənfər Paşayevin bir tədqiqatçı kimi üstünlüyü onun eyni zamanda folkloru dil daşıyıcısı kimi görməsindədir. Məşhur İraq alimləri bu monoqrafiyaları “Şah əsər” (Ə.Bəndəroğlu), “Abidə bir əsər” (M.Naqib) başlıqları altında dəyərləndirmiş, müəllifi Kərkük xalqını bütün dünyaya təqdim etmiş Əta Tərzibaşı ilə bir tutmuşlar.

Professor Mahir Naqib Qəzənfər müəllimin fəaliyyətini yüksək dəyərləndirərək böyük səmimiyyətlə yazır: “Bir zamanlar tək vahid torpaq halında olan Kərkük və Azərbaycan indi iki ada halına gəlmişdir. Bu gün bu iki adanı bir-birinə bağlayan körpünün memarı məhz Qəzənfər Paşayevdir. İftixarla söyləyə bilərik ki, artıq o, Əta Tərzibaşı qədər dəyərli bir araşdırıcımızdır”.

Professor Qəzənfər Paşayevin son kitablarından biri olan “Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti” adlı əsəri bu böyük şəxsiyyətin İraq türkmanları üçün kim olduğunu Azərbaycan oxucusuna, elmi ictimaiyyətə yaxından tanıtdı. Qədirşünaslıqla yazılmış bu monoqrafiyada Qəzənfər müəllim öz həmkarının yaradıcılıq yolunu onun tədqiqatlarının mövzuları üzrə təhlil edir, bu əfsanəvi insanın iki milyonluq bir xalqın mədəniyyətinin cəfakeşi olduğunu emosional, elmi-publisist bir ovqatla şərh edir. İraq və Türkiyə alimləri Kərkük mədəniyyətinin dünyaya tanıdılmasında Əta Tərzibaşı ilə Qəzənfər Paşayevi qoşa qanad hesab edirlər.

Qəzənfər Paşayevin Kərkük sevdası onun həyat sevdasıdır. Bu sevda bitib-tükənmir, davam edir. Kərkük şairlərinin əsərlərinin Azərbaycanda yeni nəşrləri ilə, yeni məqalələr, yeni tədbirlərlə.

Qəzənfər müəllim bu gün ədəbi-ictimai həyatda ən fəal ziyalılarımızdan biridir. Onun klassik ədəbiyyatımız, XX əsrin müasir ədəbi prosesin hadisə şəxsiyyətləri haqqında müxtəlif ədəbiyyatşünaslıq-tənqid janrlarında yazdığı əsərlərini oxunaqlı edən, ona söz demək səlahiyyəti qazandıran elmi səriştəsi ilə yanaşı yüksək zövq sahibi, obyektiv tədqiqatçı olmasından doğur. O, Füzulidən, Nəsimidən danışdığı professionallıqla Səməd Vurğun Rəsul Rza, Elçin Anar, H.Arif Nəriman Həsənzadə sənətindən söz açır. Nəsimi irsinin nəşri tədqiqi tarixinə onun elmi töhfəsi mətndən, onun naməlum şeirlərinin elmi dövriyyəyə gətirilməsindən başlayır.Nəsimi haqqında araşdırmalar”, “Borcumuzdur bu ehtiram”, “Ədəbiyyatşünaslıq elmimizin patriarxı”, “Ədəbi məktublar”, “Elçin haqqında düşüncələrim”, “Hüseyn Kürdoğlunun poetik dünyasıkitabları bir daha təsdiq edir ki, Qəzənfər Paşayevin maraq dairəsi zaman-məkan məhdudluğu tanımır. Qədim yazılı abidələr, folklorun janrları, dilçiliyin tarixi nəzəri problemləri, ədəbiyyat tarixinin öyrənilməmiş faktları görkəmli simaları haqqında, həmçinin çağdaş ədəbi proseslə bağlı ədəbi-publisist formada operativ reaksiyaları onun simasında cəm olunan alim-vətəndaş bütövlüyüdür.

Professor Qəzənfər Paşayev nadir şəxsiyyətlərdəndir ki, öz müəllimlərinə, həmkarlarına münasibətini onların sağlığında olduğu kimi, dünyalarını dəyişdikdən sonra da eyni səmimiyyətlə davam etdirir. A.Zamanov, M.Şirəliyev, R.Rza, Y.Qarayev, H.Arif, İ.Məlikzadə, B.Nəbiyev, T.Bayram, F.Qoca haqqında məqalə, monoqrafiya, orijinal formada düşünülmüş yubiley nəşrləri Qəzənfər müəllimin mənəvi sərvətimizə, onu yaradanlara ehtiramından yaranır.

Nostradamusun möcüzəli aləmi”, A.DümanınQafqaz səfəri”, A.KristininMavi qatarın sirri”, S.BenetinNecə yaşayasan yüzü haqlayasan”, L.ParsinecadınM.F.Axundzadənin ədəbi-tənqidikimi tədqiqatları tərcümələri bir ona görə xüsusi elmi əhəmiyyət kəsb edir ki, onlar ədəbiyyat tariximizdəki müəyyən boşluqları doldurur, dünyada tanınan şəxsiyyətlərin ölkəmizlə, xalqımızla bağlı mülahizə düşüncələri ilə bizi qovuşdurur.

Professor Qəzənfər Paşayevin monoqrafiya tərtib kitablarının sayı əlliyə yaxındır. Bu nəşrlərin sayı sanbalı bir-birini tamamlayır. Bir ildə xaricdə ölkəmizdə bir neçə kitab, onlarca məqalə nəşr etdirən Qəzənfər müəllim yarım əsrdən çoxdur ki, eyni yaradıcılıq şövqü ilə yaşayır, yaradır. O, müxtəlif vəzifə kürsülərində, ali məktəbdə müəllim, kafedra müdiri, elmi-tədqiqat müəssisələrində şöbə müdiri, baş elmi işçi kimi çalışarkən varlığı qədər sevdiyi xalqının, dövlətçiliyimizin maraqlarını uca tutmuş, dünyanın çeşidli ölkələrində filoloji fikrimizi ləyaqətlə təmsil etmişdir.

Professor Qəzənfər Paşayevin elmi kadrların hazırlanmasındakı cəfakeşliyi, xeyirxahlığı yaxşı mənada həsəd doğurur. Onun rəhbərliyi ilə müdafiə edilən namizədlik doktorluq dissertasiyalarının, rəsmi opponenti olduğu, rəy verdiyi əsərlərin böyük bir siyahısı mövcuddur. Professor bu rəyləriSeçilmiş əsərləri”nə daxil etmişdir. Bunlar onun dilçilik, ədəbiyyatşünaslıq, etnoqrafiya sahələrini birləşdirən alim tədqiqatçı portretinə yeni cizgilər əlavə edir. Uzun illər həmsədri olduğu Müdafiə Şurasında, institutun Elmi Şurasında eyni səliqə-sahmanla fəaliyyətini davam etdirir.

Qəzənfər müəllimin elmi-pedaqoji fəaliyyəti ölkəmizdə xaricdə yüksək dəyərləndirilmiş, xarici alimlərin onun haqqında məqalələri, rəyləri sanballı bir kitabda, “Kərkük sevdalı elm adamı”nda toplanmışdır. Respublikamızın çox dəyərli alimlərinin yazdığı onlarca məqalənin cəm olduğuÖmrün əbədiləşən illəriməcmuəsi onun yarım əsrlik yaradıcılıq yolunun bütün istiqamətlərini dolğun əks etdirir.

Müasir ədəbi-elmi prosesdə tükənməz bir enerji ilə fəaliyyətdə olan Qəzənfər müəllim respublikamızın ictimai-siyasi həyatında da yaxından iştirak edir. O, Respublika Ağsaqqallar Şurasının idarə heyətinin, Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən Elmi-Dini Şuranın üzvü, Azərbaycan Yazarlar Birliyinin Təftiş Komissiyasının sədridir.

Kərkük mədəniyyətinin tədqiqi sahəsindəki xidmətlərinə görə Kərkük Vəqfinin, İraq-Türkman cəbhəsinin yüksək diplom ödüllərinə layiq görülmüşdür.

80 illik ömrünü böyük ləyaqətlə yaşamış xalqımıza Kərkük dünyasını bəxş etmiş təvazökar el ağsaqqalı, nəcib ailə başçısı Qəzənfər müəllimin həyat yolu onun həmkarlarının, oxucularının fəxr etdiyi, ehtiram göstərdiyi elm vətəndaşlıq ünvanıdır.

 

Şirindil ALIŞANLI,

filologiya üzrə elmlər doktoru, professor

 

Azərbaycan.- 2017.- 8 avqust.- S.7.