Şəhidlərin xatirəsinə ehtiram
Türkmənistan Prezidenti Qurbanqulu
Berdiməhəmmədov avqustun 8-də Şəhidlər
xiyabanını ziyarət edib.
AZƏRTAC xəbər verir ki,
burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi
düzülmüşdü.
Prezidenti Qurbanqulu Berdiməhəmmədov
Azərbaycanın müstəqilliyi və ərazi
bütövlüyü uğrunda mübarizədə
canlarından keçmiş qəhrəman Vətən
övladlarının xatirəsini yad edib, “Əbədi məşəl”
abidəsinin önünə əklil qoyub.
Müdafiə Nazirliyinin əlahiddə
nümunəvi orkestrinin ifasında Türkmənistanın və
Azərbaycanın dövlət himnləri səslənib.
Azərbaycan paytaxtının mənzərəsini
seyr edən Türkmənistan Prezidentinə Şəhidlər
xiyabanının tarixi və paytaxtda görülən
abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Azərbaycan.-
2017.-9 avqust.- S.4.