Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Heydər
Əliyev Mərkəzində olub
Türkmənistan Prezidenti Qurbanqulu
Berdiməhəmmədov Azərbaycana rəsmi səfəri
çərçivəsində avqustun 9-da Heydər Əliyev
Mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, Türkmənistan
Prezidentinə müasir Bakının rəmzinə
çevrilən mərkəzin fəaliyyəti haqqında məlumat
verilib. Bildirilib ki, mərkəz Azərbaycan
xalqının ümummilli lideri
Heydər Əliyev irsinin tədqiqi və
təbliği, Azərbaycanın tarixi və
mədəniyyətinin, milli-mənəvi sərvətlərinin
beynəlxalq aləmdə tanıdılması, eləcə də
dünya mədəniyyəti nümunələrinin
ölkəmizdə tanıdılması istiqamətində
fəaliyyət göstərir. Mərkəzdəki Heydər
Əliyev Muzeyində toplanan məlumatlar
ziyarətçilərə interaktiv formada çatdırılır. Ümummilli liderin həyat
yolu haqqında maraqlı faktlar
foto və videomateriallar
vasitəsilə təqdim olunur. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir. Mərkəzdə müxtəlif mövzuları
əhatə edən sərgilər açılıb.
Ali qonaq mərkəzdəki “Azərbaycan
inciləri” sərgisi
ilə tanış
olub. Dövlət başçısının diqqətinə çatdırılıb
ki, Azərbaycan tarixini və mədəniyyətini əks
etdirən bu ekspozisiyada ölkənin tükənməz təbii
sərvətlərinə, çoxəsrlik
tarixinə, mədəni
irsinə dair nadir eksponatlar nümayiş olunur. Bu sərgi
Azərbaycan tarixi və mədəniyyətini
öyrənmək üçün
interaktiv və müasir vasitə kimi diqqəti çəkir.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov
mərkəzin xatirə kitabına ürək sözlərini
yazıb.
Azərbaycan.-
2017.-10 avqust.- S.3.