A.H.Qasımovun “Şərəf” ordeni
ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Alim Həmzə oğlu Qasımov “Şərəf” ordeni ilə təltif edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 avqust
2017-ci il
Azərbaycan.- 2017.-13 avqust.- S.1.