Ruslana: “Azərbaycan
muğamını öyrənirəm”
Azərbaycan mənim üçün doğma yerdir. Bu sözləri
AZƏRTAC-a müsahibəsində Bakıda Qlobal Gənc Liderlər Forumunda iştirak edən ukraynalı müğənni, 2004-cü ildə
“Eurovision” mahnı müsabiqəsinin
qalibi, Ukraynanın Xalq Artisti Ruslana
söyləyib.
Müğənni deyib: “Bakıya həmişə
böyük məmnuniyyətlə
gəlirəm. Mənim üçün
Azərbaycan Ukraynadan sonra ikinci doğma
yerdir. Azərbaycanla bağlı o qədər
xoş xatirələrim
var ki. O cümlədən sənətimlə
əlaqədar. Belə ki,
bir neçə birgə layihə həyata keçirmişik.
Mən azərbaycanlı artistləri
tanıyıram, muğamı
öyrənirəm. Bu
qeyri-adi musiqi mənim üçün böyük maraq kəsb edir və mənə çox yaxındır”.
Bakıya öz təcrübəsindən danışmağa
gəldiyini qeyd edən Ruslana deyib: “Axı Qlobal Gənc Liderlər Forumu mövzusu çox vacibdir”.
O deyib: “Forum ayrı-ayrı mədəniyyətləri
və ölkələri
təmsil edən müxtəlif formatlı gənclərin müzakirə
etdikləri qlobal problemlərin həlli üçün platformadır.
Hesab edirəm ki, Ukrayna ölkənin həyatını yaxşılaşdırmaq
işində, sosial innovasiyaların tətbiqi
sahəsində öz
təcrübəsini bölüşə
bilər. Axı ümumi
məsələlərin həlli
üçün birləşən
insanlar çox fəal olurlar”.
Avqustun 20-də müxtəlif
nümayəndə heyətləri
ilə görüşlər
keçirildiyini bildirən
müğənni deyib:
“Biz bir-birindən maraqlı
insanlarla tanış olduq. Demək istəyirəm ki,
burada olmaq çox xoşdur”.
Öz yaradıcılığına da
toxunan Ruslana qeyd edib ki,
yeni layihəsi çərçivəsində yaxın vaxtlarda Bakıda bir neçə təqdimat keçirməyi planlaşdırır.
Azərbaycan.-
2017.- 22 avqust.- S.9.