Qusar Azərbaycanda
turizmin inkişaf modelidir
Qusar rayonu təkcə təbii gözəllikləri ilə
deyil, həm də qədim mədəniyyət
abidələri, sənətkarlıq
nümunələri ilə
də məşhurdur.
İsti aylarda gözəlliyi ilə gözoxşayan meşələri, qışda
qara bürünmüş
dağ və dərələri buraya gələnləri sanki ovsunlayır, onları təkrar bu füsunkar diyara qayıtmağa sövq edir.
Qusarın iqtisadiyyatının əsasını
kənd təsərrüfatı
təşkil edır. Rayonda sahibkarlığın
inkişafı istiqamətində
işlər günbəgün
genişləndirilir. Kənd
təsərrüfatının inkişafının dəstəklənməsi
məqsədilə fermer
və sahibkarlara güzəştli şərtlərlə
kreditlər verilir, subsidiyalar ödənilir. Sahibkarlıq
fəaliyyətinə dəstək
məqsədilə rayon icra
hakimiyyətində vaxtaşırı
tədbirlər həyata
keçirilir. Qusarın inkişafı turizm sahəsində özünü
daha aydın büruzə verir. “Şahdağ” Qış-Yay
Turizm Kompleksi bu sahədə xüsusilə fərqlənir.
Qusar Rayon Mədəniyyət və
Turizm Şöbəsindən
bildirdilər ki, kompleksin coğrafi mövqeyi hamının diqqətini cəlb edir. Rayonda turizmin daha geniş miqyas alması üçün dağ,
meşə, kənd kimi növləri formalaşdırılır. Hər üç
istiqamətdə şəraitin
olması bu sahəyə cəlb olunanların sayının
artmasına gətirib
çıxarır. Əsasən qış aylarında dağ turizminə üstünlük verənlər
ilin digər fəsillərində də
müxtəlif turizm marşrutlarından yararlanırlar.
Yayda rayonun kəndlərində, hotellərdə
boş ev
tapmaq çətin olur. Rayon mərkəzində
park və xiyabanlarda xüsusi bələdçilər
turistlərə yol göstərmək üçün ayrılmış
yerlərdə onları
qarşılayırlar. Daha sonra
əgər qonaq gedəcəyi yeri müəyyənləşdiribsə, ona əvvəlcədən
hazırlanmış xəritəni
təqdim edirlər.
Artıq
istirahət edəcəyi
yeri bilən turist birbaşa istədiyi əraziyə yollana bilir.
Rayon mədəniyyət
və turizm şöbəsinin təşkilatçılığı
ilə yay aylarında turistlər üçün xüsusi
proqram hazırlanıb.
Hər həftənin çərşənbə
və şənbə
günləri rayon mərkəzində
xüsusi konsert proqramları təşkil
edilir. Öncə dövlət rəmzləri,
tariximiz barədə məlumat səsləndirilir.
Tədbirlərdə Azərbaycanın
tanınmış şairlərinin
şeirlərindən parçalar
oxunur, yazıçıların
əsərlərindən səhnələr
göstərilir, axşamlar
xüsusi viktorinalar, yarış turneləri keçirilir.
Bu gün turistlərin ən çox dincəlmək istədikləri yer “Şahdağ”
Qış-Yay Turizm Kompleksidir. O dünyadakı
bu tipli komplekslərdən nadirliyi
və unikallığı
ilə fərqlənir.
Azərbaycan tarixində ilk dağ-xizək
kurortudur.
Bu turizm kompleksi Qusar rayonunda işsizlik probleminin həllində, sahibkarlığın
və sənətkarlığın
inkişafında, rayonun
büdcə gəlirlərinin
artmasında, infrastruktur
sahələrinin yenidən
qurulmasında əvəzsiz
rol oynayır. I Avropa və
IV İslam Həmrəyliyi
Oyunları zamanı bu kompleksi seçən
turistlər özlərilə
ölkələrinə qucaq
dolusu sevinc aparmış, çoxları
isə yenidən qayıdaraq dəfələrlə
bu istirahət guşəsinə səyahət
etmişlər. Qusar Rayon Mədəniyyət
və Turizm Şöbəsinin əməkdaşları
kompleksə gələn
turistlərə yaxından
bələdçilik edirlər.
Onların tarixi abidələrə
təşkil edilən
səfərləri pulsuzdur.
Hazırda Qusara üz tutanlar ətraf rayonlara səfər edənlərdən çoxdur. Bunun bir
səbəbi xidmətlərdə
münasib qiymətlərdisə,
digər səbəbi
Şahdağın ətəklərində
binə olan Qusarın təbii gözəllikləridir.
Akif ƏLİYEV
Azərbaycan.-
2017.- 23 avqust.- S.15.