Qəbələdə keçirilən V Beynəlxalq
Mürəbbə Festivalında 22 ölkənin, 44 şəhər
və rayonun şirniyyatçıları
iştirak edib
Avqustun 26-da Qəbələ şəhərində
V Beynəlxalq Mürəbbə
Festivalı keçirilib. Qəbələ
Rayon İcra Hakimiyyətinin
təşəbbüsü və təşkilatçılığı,
Mədəniyyət və
Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının
dəstəyi ilə keçirilən festivalın
iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək,
abidəsi önünə
gül dəstələri
düzüblər.
AZƏRTAC xəbər
verir ki, Qəbələ şəhərindəki
“Qafqaz Karvansaray” otelinin qarşısındakı
parkda keçirilən
beynəlxalq tədbirdə
22 ölkənin (Türkiyə,
Almaniya, Belarus, Böyük
Britaniya, Gürcüstan,
Xorvatiya, İran, Qırğızıstan, Livan,
Malayziya, Meksika,
Moldova, Özbəkistan, Pakistan, Rumıniya, Rusiya, Polşa, Serbiya, Səudiyyə Ərəbistanı,
Slovakiya, Şimali Kipr və Çin)
şirniyyatçıları, eləcə də Azərbaycanın 44 şəhər
və rayonunu təmsil edən mürəbbə ustaları
öz məhsullarını
nümayiş etdiriblər.
Dünya Kulinariya Təşkilatları Birliyinin
və Dünya Xalq Yaradıcılığı
Təşkilatının eqidası
altında keçirilən
festivalı izləyənlər
arasında Mədəniyyət
və Turizm Nazirliyinin, Qəbələ
Rayon İcra Hakimiyyətinin,
Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbər şəxsləri,
bir neçə ölkənin Azərbaycandakı
səfirləri, 5 mindən
çox yerli və xarici turist olub.
Festivalın açılış
mərasimində mədəniyyət
və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Qəbələ
Rayon İcra Hakimiyyətinin
başçısı Səbuhi
Abdullayev, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri
Fəttah Heydərov, Ümumdünya Kulinariya Təşkilatının (WAKS) prezidenti
Tomas Gugler, Azərbaycan
Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov çıxış ediblər.
Bildirilib ki, artıq 5 ildir ki, Qəbələ möhtəşəm mürəbbə
festivalına ev sahibliyi edir. 2016-cı ildə 10 xarici ölkədən, 30
şəhər və
rayondan, bu il isə 22 ölkədən, 44 şəhər
və rayondan şirniyyatçıların iştirak
etməsi bu tədbirin beynəlxalq nüfuzunun ildən-ilə
daha da artmasından
xəbər verir.
Natiqlər qeyd ediblər ki, belə festivalların
keçirilməsində əsas
məqsəd xalqımızın
qeyri-maddi mədəni
irsinin qorunub saxlanmasına nail olmaqdır. Mürəbbə festivalı Qəbələdə
turizmin inkişafına
da çox böyük təkan verən amillərdən biridir. Qəbələ indi Bakıdan
sonra Azərbaycanda ikinci turizm mərkəzidir.
Həqiqətən də rayona
hər gün minlərlə yerli və xarici turistlər gələrək
dincəlir. Qəbələ artıq festivallar mərkəzinə çevrilib.
Burada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə hər il Beynəlxalq
Musiqi Festivalı keçirilməsi Qəbələnin
şöhrətini dünyaya
yayır.
Vurğulanıb ki, mürəbbə festivalı təkcə Qəbələnin deyil, ölkəmizin bütün
bölgələrinin zəngin
mətbəx mədəniyyətinin
daha yaxından tanıdılmasında əhəmiyyətli
rol oynayır. Natiqlər Beynəlxalq
Mürəbbə Festivalının
Azərbaycanın qədim
və gözəl şəhərlərindən biri
olan Qəbələdə
keçirilməsinin heç
də təsadüfi olmadığını vurğulayıblar.
Bildirilib
ki, böyük inkişaf yolu keçən Qəbələ
xalqımızın mətbəx
mədəniyyətinin formalaşmasında
mühüm rol oynayır. Ona görə də mürəbbə festivalı
ənənəvi olaraq
hər il
Qəbələdə keçirilir.
Natiqlər artıq bir çox rayonda beynəlxalq nüfuza malik olan şirniyyat, nar, plov, alma, qarpız, paxlava və digər meyvə-tərəvəz və
qida məhsulları ilə bağlı festivalların keçirildiyini,
bu mürəbbə festivalının da ölkəmizə turist axınına səbəb
olan beynəlxalq tədbirlərdən biri olduğunu bildiriblər.
Vurğulanıb ki, Azərbaycan dünyanın ənənəvi
mürəbbə sənətinin
mərkəzləri arasında
xüsusi yer tutur. Ölkəmizin şirniyyatçıları tərəfindən hazırlanan
mürəbbələr özünün
əla, ləziz dadı və geniş çeşidi ilə digər ölkələrdən fərqlənir.
Bunu Qəbələ Beynəlxalq
Mürəbbə Festivalında
nümayiş olunan Azərbaycan və xarici ölkələrinin
təqdim etdiyi mürəbbələri müqayisə
etdikdə aydın görmək mümkün
olur.
Müsabiqədə Azərbaycan mürəbbələri
çeşidinə və
keyfiyyətinə görə
digər ölkələrin
məhsulundan daha üstün hesab edilib.
Qeyd edilib ki, ölkəmizin mədəniyyətini və
milli kulinariyasını
təbliğ etmək
məqsədilə keçirilən
Qəbələ mürəbbə
festivalında rayonların
hər birindən 8 çeşiddə mürəbbə
hazırlayan 8 nəfərdən
ibarət komanda, eləcə də həmin şəhər və rayonların bədii kollektivləri, xalq tətbiqi sənəti ustaları iştirak ediblər.
Festival əvvəlcə
yarış şəklində
təşkil olunub. Bunun üçün
xüsusi komissiya yaradılıb. İştirakçılar müsabiqəyə gilas, böyürtkən, çiyələk,
heyva, qoz, ərik, gül və gavalı mürəbbələri təqdim
ediblər. Müvafiq sahə
üzrə ixtisaslaşmış
mütəxəssis və
ekspertlərin daxil olduğu münsiflər heyəti qalibləri müəyyən edib.
Yarışlar bitdikdən sonra mürəbbələrin satışı
üçün şərait
yaradılıb və
sərgi təşkil
olunub. Festivalda komandalar tərəfindən
təqdim olunan müxtəlif çeşiddə
mürəbbələr, şirniyyat
və meyvə şirələri yerli və xarici turistlərin böyük marağına səbəb
olub. Festivalda mürəbbə, şərab, meyvə şirələri, qida məhsulları istehsal edən müəssisələr
də öz məhsullarını nümayiş
etdirə biliblər.
Qəbələnin “Savalan” Üzüm Emalı və Şərab İstehsalı
Müəssisəsinin müxtəlif
çeşiddəki brend
məhsulları əcnəbi
turistlərin böyük
marağına səbəb
olub. İnsanlar əl əməyi
və sənaye üsulu ilə hazırlanan mürəbbələrin
dadına həvəslə
baxıblar, onların
hazırlanması üsulu
ilə maraqlanıblar.
Festival çərçivəsində
xalq tətbiqi sənəti ustalarının
əsərlərindən ibarət
sərgi-yarmarkalar, həmçinin,
Qəbələnin bədii
kollektivlərinin çıxışları
da təşkil edilib.
Münsiflərin rəyi əsasında iştirakçıların gözü
qarşısında ən
yaxşı mürəbbə
hazırlayan şəxslər
müəyyən edilib. Festivalda
hamının tanıdığı
ənənəvi mürəbbələrdən
başqa qeyri adi mürəbbələr
də (qarğıdalı,
günəbaxan, yemiş,
xiyar, badımcan, limon, bənövşə,
nanə, itburnu, cır alça, pomidor, yerkökü, sarı moruq, eləcə də müalicəvi çiçək
və otlardan, bitkilərdən hazırlanan
mürəbbələr) nümayiş
olunub
Mürəbbə müsabiqəsində 3 nominasiya
üzrə qaliblər
elan olunub. İştirakçılara
kubok, medal və qiymətli hədiyyələr
verilib.
Festival maraqlı
konsert proqramı ilə davam etdirilib.
Azərbaycan.- 2017.- 27 avqust.- S.3.