Qəbələdə keçirilən V Beynəlxalq
Mürəbbə Festivalı uğurla başa çatdı
Yay aylarında qonaq-qaralı olan Qəbələdə IX Beynəlxalq Musiqi Festivalı və XIII Dünya Skaut Gənclər Forumundan sonra keçirilən V Beynəlxalq Mürəbbə Festivalına respublikamızın əksər rayonları ilə yanaşı, dünyanın bir sıra ölkələrindən qonaqlar gəlmişdir. Onların arasında nazirlik və komitələrin rəhbər şəxsləri, respublikamızda fəaliyyət göstərən diplomatik qurumların nümayəndələri də var idi.
Festivalda iştirakçı komandaların
hər birinin öz stendləri vardı. Stendlərdə təmsil olunan
ayrı-ayrı bölgə
və ölkələrin
fərqli mürəbbələri
sıralanmışdı. Festivalda 25 ölkə komandası, Azərbaycanın
35-ə yaxın bölgəsi
və sənaye üsulu ilə mürəbbə istehsal edən müəssisələr,
Ümumdünya Kulinariya
Təşkilatının (WACS) prezidenti Tomas Gugler, Ümumdünya İslam Kulinariya Təşkilatının
(WICS) prezidenti Gökhan
Tufan və baş katibi Ali Trobolisin iştirak edirdilər.
Tədbirdə Azərbaycan mədəniyyətini
və milli kulinariyasını təbliğ
etmək məqsədilə
fərqli mürəbbə
çeşidləri hazırlanaraq
rayonun ayrı-ayrı
hissələrində yerli
və xarici qonaqlara nümayiş olunurdu.
Festivalda dünyanın
22 ölkəsindən (Almaniya,
Belarus, Böyük Britaniya,
Gürcüstan, Xorvatiya,
İran, Qırğızıstan,
Livan, Malayziya, Meksika, Moldova, Özbəkistan,
Pakistan, Rumıniya, Rusiya,
Polşa, Serbiya, Səudiyyə Ərəbistanı,
Slovakiya, Şimali Kipr, Çin və Türkiyə), həmçinin respublikamızın
44 şəhər və
rayonundan (Bakı, Sumqayıt, Abşeron, Gəncə, Mingəçevir,
Göyçay, Xızı,
Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, İsmayıllı,
Ağsu, Şamaxı,
Qobustan, Qəbələ,
Qax, Şəki, Oğuz, Zaqatala, Balakən, Kürdəmir,
İmişli, Beyləqan,
Ağstafa, Qazax, Tovuz, Gədəbəy, Göygöl, Goranboy, Yevlax, Zərdab, Ağdaş, Ucar, Sabirabad, Saatlı, Salyan, Neftçala, Biləsuvar, Ağdam, Zəngilan, Qubadlı və Füzuli) olan şirniyyatçılar
iştirak edirdilər.
Qəbələ Rayon İcra
Hakimiyyətinin başçısı
Səbuhi Abdullayev bildirdi ki, 2013-cü ildən keçirilən tədbirə 3 ildir ki, beynəlxalq status verilməsi onun keyfiyyətindən, düzgün
və xoş məramından xəbər
verir. Birinci ildə respublika üzrə 8 rayonun təmsil olunduğu festivalda indi 44 rayon və 22 xarici ölkənin iştirakı
onun statusundan xəbər verir.
S.Abdullayevin Qəbələdə 19 turizm
obyektinin fəaliyyət
göstərməsini, onların
arasında 5 hotelin beşulduzlu olmasını
bildirməsi də mühüm məqamlardır. Qəbələdə
yerləşən mehmanxana
tipli obyektlərdə
bir gündə 2500-dən
çox turisti qəbul etmək imkanı var. Son altı ayda isə Qəbələyə
95,4 min nəfərə
yaxın turist gəlmişdir.
2017-ci ilin
birinci yarısında
Qəbələyə gələn
xarici ölkələrin
dövlət rəsmilərinin
və turistlərin sayı əhəmiyyətli
dərəcədə artıb. Beləliklə də beynəlxalq əlaqələrin qurulması
istiqamətində əhəmiyyətli
addımlar atılıb.
Ötən müddət
ərzində İran
İslam Respublikasının
Azərbaycan vilayətinin
valisi, Moldova xarici işlər nazirinin müavini, Koreya Respublikasının Qyonqcu
şəhərinin meri,
Harvard Universitetinin müəllim
və tələbə
heyətinin üzvləri,
Rusiya Federasiyası Ədliyyə Nazirliyinin bir qrup əməkdaşı
və Kolumbiya Respublikasının xarici işlər naziri və başqa rəsmi qonaqlar bu rayona səfər
etmişlər.
Qonaqlara Qəbələnin
tarixi, mədəni həyatı, burada həyata keçiriləcək
beynəlxalq tədbirlər,
idman yarışları
dövlət başçılarının
zirvə toplantıları,
eləcə də bütün istiqamətlərdə
əldə edilən uğurlar barədə məlumatlar verilmiş, onlar rayonun aqrar
sektoru, yeni yaradılmış emal müəssisələri, tarixi,
infrastrukturu ilə tanış olmuşlar.
Rayonda 2017-ci ilin birinci yarımili
ərzində bir neçə beynəlxalq və respublika səviyyəli yarışlar
keçirilmişdir. Bunlardan
ümummilli lider Heydər Əliyevin anadan olmasının
94-cü ildönümünə həsr edilmiş “Tour
d'Azerbaijan-2017” Beynəlxalq velosiped turniri, “Şahin” hərbi idman oyununun zona mərhələsi, güllə atıcılığı
üzrə kişilər
və qadınlar arasında zona yarışı, yeniyetmələr
arasında cüdo və taekvondo idman növləri üzrə Qəbələ
açıq turniri, güllə atıcılığı
üzrə 45 ölkədən
700-dək idmançının iştirak etdiyi dünya kuboku yarışları və
s. daha yaddaqalan olmuşdur.
Festivalda diqqətçəkən üstün
cəhətlərdən biri
də tədbirdə işğal altında olan Qubadlı, Ağdam, Zəngilan, və Füzuli rayonlarının komandalarının
iştirak etmələri
idi. Qubadlı Rayon Tarix-Diyarşünaslıq
Muzeyinin baş fond mühafizəçisi Xatun
Ağayeva bildirdi ki, komanda bu
tədbirdə 10 növ
mürəbbə ilə
təmsil olunur. Fərqli meyvə mürəbbələri
arasında onlar gavalı mürəbbəsinə
görə birinci yerə sahib çıxacaqlarına
inanırlar.
Sumqayıt Şəhər
Regional Mədəniyyət və Turizm İdarəsinin Qubadlı
rayonu üzrə nümayəndəsi Əmrah
Hüseynov da söhbətə qoşulur:
- Belə bir beynəlxalq tədbirin keçirilməsi hesab edirik ki, təqdirəlayiq
haldır. İşğal altında olan
rayonların da belə bir tədbirə
dəvət almasını
alqışlayır və
təşkilatçılara təşəkkürümüzü bildiririk. Eyni zamanda arzu edirəm
ki, biz növbəti illərdə məhz 25 il uzaq düşdüyümüz öz
doğma Qubadlımızda
yetişən meyvələrin
mürəbbələri ilə
bu tədbirin iştirakçısına çevrilək.
Füzuli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Xudaverdiyeva deyir ki, festivala 37 adla məhsulla qoşulublar. Ənənəvi mürəbbələrdən əlavə onlar qeyri-ənənəvi “reyhan
çiçəyi” və
“quş üzümü”
mürəbbəsi də
təqdim ediblər.
Əsasən də “reyhan
çiçəyi” mürəbbəsinin
birinci yeri tutacağına inanırlar.
Şəki Regional Mədəniyyət və
Turizm İdarəsinin
rəisi Mirvari Zeynalovanın təəssüratı
da maraqlıdır. Bu tədbir sayca beşincidir. Hər dəfə
Şəki burada təmsil olunub və komanda yarışlarında adətən
üstün yerlərə
sahib olub. Hazırda idarəmiz
bütün şimal-qərb
bölgəsinin - Balakən,
Zaqatala, Qax, Şəki və Oğuz rayonunun nümayəndələri ilə
tədbirə qatılıb.
Bu dəfə festivala 72 adda məhsulla çıxmışıq.
Şəki halvası, sənətkarların
əl işləri (şəbəkə, təkəlduz)
və digərlərini
göstərmək olar.
Belə tədbirlər regionların
bir-biri ilə əlaqələnməsinə də
müsbət təsir
göstərir. Eyni zamanda
xaricdən gələn
insanlar Azərbaycanı
daha yaxından tanımaq imkanı qazanırlar. Belə festivalların
tez-tez baş tutması yalnız inkişafa təsir edə bilər.
Şəki Şəhər
Regional Mədəniyyət və Turizm İdarəsinin Zaqatala rayonu üzrə nümayəndəsi, baş
məsləhətçi Zümrüd
Ağakişiyeva deyir:
- Bu gün müxtəlif
meyvə mürəbbələri
ilə bura gəlmişik. Zaqatalada mürəbbə bişirmək ənənəsi
geniş yayılıb.
Nənələrdən, analardan qalan
bu ənənə bu gün də
davam etdirilir. Hazırkı festivalda 20-dən çox mürəbbə
ilə iştirak edirik. Ənənəvi olaraq gül,
qoz, tut, zoğal mürəbbəsi daha çox bişirilir.
Qeyri-ənənəvi olaraq nanə,
yonca gülü, pomidor mürəbbəsini
iştirakçı qonaqlara
və alıcılara
veririk. Belə tədbirlər ölkədə
həm turizmin inkişafına, həm də Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunmasına dəstək verir. Bu
sahədə xidməti
olan hər kəsə çox sağ ol
deyirik.
Jalə Qədirova isə öz komandası ilə İsmayıllı
rayonunu təmsil edir. Deyir ki, İsmayıllı
bu qəbildən olan tədbirlərdə həmişə iştirak
edib və hər dəfə də fərqlənib.
Bu dəfə festivalda 65 çeşid mürəbbə sərgiləyirlər.
Qeyri-ənənəvi mürəbbələrdən şam ağacı qozasının, akasiya, cökə, yemişan çiçəyinin mürəbbəsi
var.
Festival çərçivəsində
xalq tətbiqi sənəti ustalarının
əsərlərindən ibarət
sərgi-yarmarkalar, həmçinin
Qəbələnin bədii
kollektivlərinin çıxışları
təşkil edilib.
Münsiflər heyətinin rəyinə əsasən 3 nominasiya üzrə qalib müəyyən edilib. Qaliblərə kubok, medal və qiymətli hədiyyələr
verilib.
Uğurla başa çatan festivalda Azərbaycanın
və azərbaycanlıların
kulinariya mədəniyyəti
bir daha dünyaya tanıdılıb.
Əli SƏLİMOV
Azərbaycan.- 2017.- 29 avqust.- S.5.