Mir Cəlal Paşayevin “Bir gəncin manifesti”
romanı Türkiyədə oxuculara təqdim
olunub
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan kitabının tanıdılması və dünyəviləşdirilməsi məqsədilə 2016-cı ildə başlanılmış “Azərbaycan Kitabının Dünyada Tanıdılması” (AKDT) layihəsi ilə əlaqədar seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi davam etdirilir.
Bu günlərdə layihə üzrə görkəmli yazıçı Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanının nəşri başa çatdırılıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan əsilli, şair-yazıçı Yurtseven Şenin türkcəyə çevirdiyi roman “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatında çap olunub.
Bu günə qədər
layihə əsasında Yusif Vəzir
Çəmənzəminlinin “Qan
içində. İki od
arasında”, Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” və Yusif Səmədoğlunun “Qətl günü” əsərləri Türkiyəli
kitabsevərlərə təqdim olunub.
Azərbaycan.- 2017.- 31 avqust.- S.6.