Gədəbəy şəhərində abadlıq-quruculuq işlərinin

davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Gədəbəy rayonunun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermiş, sənaye məhsulunun həcmi 103,4 dəfə, əsas kapitala yönəldilmiş vəsait 68,5 dəfə, o cümlədən tikinti-quraşdırma işlərinin həcmi   71,0 dəfə artmış, filiz emalı zavodu, mineral sularlimonad istehsalı zavodları, digər iri istehsalemal müəssisələri yaradılmış, rayon mərkəzi xəstəxanası, uşaq-gənclər şahmat məktəbi, uşaq yaradıcılıq mərkəzi, "Aşıqlar evi", Bayraq meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 40 mənzilli 2 yaşayış binası, Avtovağzal kompleksi inşa edilmiş, müasir tələblərə cavab verən digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, şəhərin su təchizatı sistemi yenidən qurulmuş, avtomobil yolları çəkilmiş, körpülər salınmış, geniş abadlıq-quruculuq işləri aparılmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Gədəbəy şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə qərara alıram:

1. Gədəbəy şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Gədəbəy Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2.  Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 22 avqust 2017-ci il

 

Azərbaycan.- 2017.- 23 avqust.- S.1.