Uşaq qatillərinin növbəti vəhşiliyi

 

Ermənilərin budəfəki hədəfi 13 yaşlı Ramin oldu

 

...Məktəblilərin yay tətili ilə bağlı dincəlmək üçün qayğılarının artaneyni zamanda sevinclərinin qaynayıb daşan günləridir. Doğrudur, bu qayğılarla şəhər məktəbliləri daha çox yaşayırlar. Axı əksəriyyətinin babası, nənəsi, qohum-əqrəbası kənd yerlərindədir. Buna görə də dərslər qurtaran kimi üz tuturlar təbiətin qoynuna, o yerlərə ki, orada onları nələr gözlədiyini bilmirlər.

Kənd məktəblilərinin isə bəxti onda gətirib ki, əsrarəngiz təbiət gözəllikləri qoynunda dünyaya göz açırlar. “Bəxtəvərlər” sanki vaxtından əvvəl böyüyür, evin, ailənin iş-gücünə əl atır, ata-anaya, nənə-babaya yardımçı olurlar: qoyun-quzu otarır, yay aylarında təsərrüfatda bir işin qulpundan yapışırlar...

Adı bu gün mətbuatda tez-tez çəkilən, ermənilərin gülləsinə tuş gələrək ağır yaralanan Ramin də beləcə boy atanlardandır: erkən yaşlarından nəinki ev-eşik, hətta çöl-bayır işlərində valideynlərinə kömək edirdi. Erməni vandallarının uşaq qatili olmasını o da yaxşı bilirdi. Çünki Tovuz rayonu 30 ilə yaxındır ki, Ermənistan silahlı qüvvələrinin daimi atəşi altındadır. Neçə-neçə uşaq, qadın, qoca - dinc tovuzlu həmin güllələrin qurbanları olub. Tovuzun Qaralar kəndində 2004-cü ildə dünyaya göz açan Ramin Yusifov da erməni vəhşiliyinə tuş gəldi. İyulun 7-də biçənəkdən atla ot gətirdiyi yerdə düşmən onu hədəfə aldı...

Ramin Yusifov güllədən və onun qəlpələrindən yayınmadı, qaçmadı, çünki qorxmurdu. Xəyanətkar ermənilərin ilk dəfə deyildi ki, gülləsinə tuş gəlirdi. Dəhşətlisi odur ki, hələ 13 yaşında olmasına baxmayaraq, erməni silahlıları onu dəfələrlə hədəfə alıblar. Onlar azərbaycanlı uşaqların qatilləridir! Məgər ilk dəfədirmi kiçik yaşlı tovuzlu balaları hədəfə alınırlar?.. Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızının qanına qəltan edilməsi unudulmayıb. Körpə balanın anası, 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı da həmin terrorda ağır yaralanıb. Məlum olanı budur ki, ermənilər azərbaycanlı uşaqları məhv etmək üçün yeni taktika seçibmişlər: partlayıcı qurğu quraşdırılmış “itəbənzər” uşaq oyuncağını Əlibəyli kəndinə axan Tovuz çayına buraxırlar. Həmin ərazidə oynayan Cəfərov Elsevər Həsən oğlu ilə Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Elsevərgilin evinə gətirirlər. Evdə oynayan zaman oyuncaq qəfildən partlayaraq Aygünü al-qanına bələyir!

Uşaq qatilləri kimi tanınan daşnak erməni vandalları bu qanlı olaydan - Raminin vurulmasından bir ay öncə, iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndini hədəf seçərək orada dinc sakinləri iriçaplı pulemyotlardan atəşə tutdular: iki nəfər qətlə yetirildi. Bir nəfər isə odsaçan atəşdən ağır yaralandı.

Bu acı xəbərdən sonra teleekranlardan izlənilən bir şəkil ürək dağladı, sinə göynətdi: iki yaşlı Zəhra nənəsi Sahibənin qucağında. Bəlkə də bu şəkli çəkdirəndə nənəsinin körpə nəvəsi ilə bağlı ürəyində nə qədər arzuları var idi. Amma vandal, insan qatili, cəllad erməni faşistlərinin gülləsi qanı dağılan bu həyətdə onun bütün xəyallarına son qoydu. Zəhranın şirin olduğu qədər də qısa ömrünün son dəqiqələrindən qalan yadigar onun qana boyanmış paltarı və bir tay ayaqqabısıdır. Yenicə ayaq açmağa başlayan körpə qızcığaz xain düşmənin gülləsinin qurbanı oldu. Ölüm libaslı qara kabus nənə-balanı birdən yaxaladı. Qan çanağına döndü həyət-baca...

Balaca Zəhra etmişdi ki? Erməniyə daş da atmamışdı. Heç hələ onların bu vəhşiliyinə nifrətini ifadə etmək üçün dil açmamışdı. Amma o, vəhşi ermənilər tərəfindən nənəsi ilə birlikdə hədəf seçilmişdi. Ona görə ki, azərbaycanlı balası idi. Böyümək, erməni vandallarını tanımaq imkanı olmadı körpə Zəhranın...

Yoxsa nənəsi Sahibə ona danışacaqdı ki, son 10 ildə müharibə zonalarında 2 milyona yaxın uşaq qətlə yetirilib. Onların arasında azərbaycanlı uşaqlar da az olmayıb. Balaca Zəhranın qətli isə erməni silahlılarının törətdiyi ilk belə hadisə deyildi...

25 ildir Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistan nəinki yerləşdiyi bölgədə, artıq dünyada bu bəd əməlləri ilə tanınır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh prinsipləri çərçivəsində həll edilməsində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu bu təcavüzkarlığı gizlədə bilməsə , sanki onların nazı ilə oynamaq tapşırığını alıb.

Ermənilər uşaq qatilləridirsöyləyən Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Astana sammitində çıxışı zamanı işğalçı Ermənistanın Xocalıda hərbi cinayətlər soyqırımı həyata keçirdiyini xatırladarkən demişdir: “Ermənistan şəhərlərimizi kəndlərimizi, evlərimizi, müqəddəs yerlərimizi, əcdadlarımızın məzarlarını, məscidləri məhv edib. Onlar Xocalıda hərbi cinayətlər törədib soyqırımı həyata keçiriblər, erməni silahlıları yüzlərlə mülki şəxsi qətlə yetiriblər. Yalnız ona görə ki, onlar azərbaycanlı idilər. Xocalının günahsız qurbanlarının yüzdən çoxu azyaşlı uşaqdır”. Qandonduran belə faktlar yüzlərcədir: erməni silahlı birləşmələri Xankəndidəki 366-cı motoatıcı alayın zirehli texnikası canlı qüvvəsinin hərtərəfli dəstəyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücuma keçərkən mühasirəyə aldığı 2500 nəfəri (körpə, uşaq, qoca, qarı s.) gülləbaran etdilər. Əsrin faciəsi sayılan Xocalı soyqırımında 63-ü uşaq, 106-sı qadın, 70-i qoca qarı olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi. Bu qətliamda 25 uşaq hər iki valideynini, 130-u isə ya atasını, ya da anasını itirdi. 76-sı uşaq olmaqla düşmən gülləsindən 487 nəfər yaralandı, 1275 nəfər isə əsir götürüldü. Həmin əsirlərdən 150 nəfərinin, o cümlədən 68 qadın 26 uşağın taleyi bugünədək məlum deyil.

Belə olan halda beynəlxalq birlikdən soruşulmalıdır: bunlar azdırmı Ermənistanın insanlığa, ümumilikdə isə bəşəriyyətə qarşı amansız olduğunu anlamaq üçün?! üçün insan (xüsusən körpə uşaq) qatillərinin bu əməllərinin ciddi şəkildə qarşısı alınmır?! Nədən Ermənistan dünyanın gözünə kül üfürməkdə davam edir? O, hansı hegemon dövlətlərinvuran əli”dir?!

Ermənilərin uşaqları hədəf alması barədə kifayət qədər faktlar var. Yada salaq: 2014-cü ilin avqustunda ermənilərin uşaqları atəşə tutması nəticəsində Tovuz sakini, 2000-ci il təvəllüdlü İsmayılov Sərxan Əlağa oğlunun əlinə güllə dəydi, sinəsindən qəlpə yaraları aldı. Ermənistan silahlı bölmələri Ağstafa rayonunu atəşə tutarkən Köhnəqışlaq kəndində 9 yaşlı Abbasov Qoşqar Teymur oğlu yaralandı. O hadisədən bir qədər əvvəl isə Gədəbəydə 14 yaşlı qız uşağı erməni gülləsinə tuş gəldi. 2015-ci ilin sentyabrında Tərtər rayonunun Qapanlı kəndi ərazisində keçirilən toy mərasiminin atəşə tutulması nəticəsində aralarında azyaşlı uşağın da olduğu üç nəfərin yaralanması Ermənistan tərəfindən növbəti dəfə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması faktı idi. 2016-cı ilin aprelində ermənilərin Azərbaycan kəndlərini atəşə tutması nəticəsində yaralanan mülki şəxslərin ikisi uşaq idi.

Azərbaycan dövlətinin başçısının dəfələrlə beynəlxalq tribunalardan səsləndirdiyi kimi, işğalçı Ermənistan Dağlıq Qarabağ probleminin həll edilməsində maraqlı deyil. Diqqəti daha bir mühüm məqama yönəldək: 2016-cı ilin noyabrında Bakıda keçirilən ''Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr nizamlanma perspektivləri'' konfransında erməni nümayəndələr - hüquq müdafiəçisi Vahe Avetyan, ''Milli Azadlıq Hərəkatı'' ictimai təşkilatının sədri Vaan Martirosyan, “Meridian'' hüquq-müdafiə təşkilatının sədr müavini, ixtisasca jurnalist olan Syuzan Caqinyan da iştirak edirdilər. O zaman ''Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma'' yaradıldı erməni nümayəndələr bu platformaya üzv oldular. Bu, Ermənistan tərəfindən birmənalı qarşılanmadı. Dövlət rəsmiləri onları vətənə xəyanət etməkdə günahlandırdılar. Maraqlıdır ki, Ermənistan dövlət rəsmilərindən və onların nəzarətində olan KİV-dən fərqli olaraq, erməni ictimai rəyinin müəyyən bir hissəsi Bakıda konfransda iştirak edən və platformada təmsil olunanların mövqelərini qətiyyətlə dəstəkləyir və Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin zəruriliyini qeyd edirlər.

Bəzi ermənilər “Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma''ya üzv olmasalar da, bu təşəbbüsü dəstəkləyir, Ermənistanda hakim zümrənin xalqa təzyiqlərini dilə gətirir, Xocalı soyqırımını tanıdıqlarını bildirirlər. Erməni yazıçısı Anna Payatyan da belələrindən biridir. O da Xocalı soyqırımını tanıyır və onu törədənlərin cəzalandırılmasını tələb edir. O, sosial şəbəkədə belə bir fikir paylaşıb: “Xocalı soyqırımı olub! Buna görə də quldurlar - Njdenin tərəfdarları cavab verməlidir. Onlar əsgər deyil, cinayətkar və qatillərdir. Levon Ter-Petrosyan, Vazgen Sarkisyan, Robert Koçaryan, Serj Sarkisyan, “Arabo” silahlı qrupu uşaq və qadınların qatilləridir!''

Məşhur erməni yazıçısı və ictimai xadim Anna Payatyan Xocalı soyqırımını açıq ittiham etmiş ermənilərin sırasına qoşulub: “Kimlər ki Njdeylədir - onlar Allaha qarşıdır, kimlər ki Serj Sarkisyanladır - onlar iblisə işləyirlər. Kim düşünürsə ki, azərbaycanlılara münasibətdə bədheybət və qatil olmaq lazımdır və bunu vətənpərvərlik və ermənilərə sevgi kimi təqdim etmək olar, onları istintaqsız və məhkəməsiz güllələmək lazımdır”.

Anna Payatyan Xocalı soyqırımı haqqında Serj Sarkisyanın biabırçı bəyanatını xatırladarkən deyib: “Serj Sarkisyanın hədsiz sırtıq və abırsız bəyanatını sizə və dünyaya təqdim edirəm: “Biz erməninin uşaqları doğraya bilmədiyi haqda stereotipi sındırdıq”. Əclaf!!! Mən onların həyatda olanda və ölümlərindən sonra mühakimə olunmalarını tələb edirəm, onları bəşəriyyətə və xalqa qarşı törətdikləri cinayətlərə görə mühakimə etmək lazımdır! Dövlət Təhlükəsizliyi Komitəsindən olan bu Njde əclafları bizim xalqımızın adına qara ləkə vurdular!”

Hələ 1917-1918-ci illərdə Qars qırğınlarının şahidi olmuş yunan müəllif isə yazır: Türk ordusu qarşısında geri çəkilən silahlı erməni qaçqınları ətrafdakı müsəlman kəndlərini yer üzündən silərək hər şeyi atəş və qılıncdan keçirir, təsəvvürəgəlməz bir dəhşət və fəlakət törədirdilər.Qalib” erməni ordusu hərbi qənimətləri, yəni süngü ucuna taxılmış südəmər uşaqlarla keçdikləri yolların ətrafına çılpaq soyundurulmuş müsəlman qadınlarını düzürdülər. Bu cəhənnəm əzabından ağlını itirmiş qadın və uşaqların ürəkparçalayan iniltilərini, qocaların ümidsiz nalələrini dinləmək üçün adamın qəlbi daş olmalıdır”.

Doğrudur, bu kimi ürəkparçalayan faktlara soyuqqanlıqla yanaşan beynəlxalq birliyin üzvü olan təşkilatlar öz münasibətlərini bildirir, amma nəticəsi olmur. UNICEF-in azərbaycanlı uşaqların ermənilər tərəfindən öldürülməsini pisləyən bəyanatında deyilir: Biz UNİCEF-in Azərbaycan nümayəndəliyi olaraq bu cür ölüm hallarını qəti şəkildə pisləyir və çox məyus olduğumuzu bildiririk. Çünki hər hansı bir uşağın ölümü bu cür zorakılıqla baş veribsə, bu, çox böyük bir faciədir. Ona görə də biz bunu kəskin şəkildə pisləyirik”.

Ermənistanın Azərbaycanın mülki əhalisini hədəf seçib, xüsusilə körpələri qəddarcasına qətlə yetirməsi rəsmi Yerevanın cinayətkar hakimiyyətinin və ümumi ictimai həyatının faşizm ideologiyasına büründüyünü, terroru dövlət siyasəti səviyyəsinə yüksəltdiyi bütün qabarıqlığı ilə bir daha aşkara çıxarır. Amma sülh danışıqlarında vasitəçilik edənlər nədənsə Ermənistanın qeyri-konstruktiv əməllərini görmək istəmirlər. Elə buna görədir ki, həmin dövlətlər ermənilərin cəbhə xəttindəki təxribatçı əməllərinə, uşaqları qətlə yetirmələrinə biganəlik nümayiş etdirir, özlərini görməzliyə vururlar. Görəsən, onlarvaxta qədər uşaq qatilini himayə edəcək, qaniçən, vandal ermənilərin təəssübünü çəkəcəklər?! Elə bu təəssübkeşliyin nəticəsidir ki, monoetnik dövlətə çevrilən Ermənistan regional təhlükə mənbəyidir.

...Bu da daşnakların xalqımıza qarşı yürütdüyü soyqırımı siyasətinin davamı olan daha bir vəhşilik, qəddarlıq, amansızlıq: on üç yaşlı Ramin də hədəf seçilib qanına qəltan edildi. Amma bu vətən belə cəsur, düşmən gülləsindən qorxmayıb doğma kəndinə oğulluq edənlərlə basılmazdır! Tovuz torpaqları illərdir ki, bu təcavüzə sinə gərir, övlad itirir, hətta Əlibəylisi darmadağın edilsə də, sinəsinə çalın-çarpaz dağ çəkilsə də, dağlardan əl çəkməz çobanları belə düşmənə göz dağıdır.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2017.-12 avqust.- S.5.