Azərbaycan Respublikası Dövlət Sərhəd
Xidmətinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri
adların verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına və mülki işçilərinə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Əməkdar müəllim”
Qəhrəmanova Çimnaz Müslüm qızı
“Əməkdar həkim”
Yusif-zadə Kənan Rafael oğlu - tibb xidməti polkovnik-leytenantı
Fərəcova Sona Ədalət qızı - tibb xidməti polkovnik-leytenantı
“Əməkdar dövlət qulluqçusu”
Namazova Raisə Vəli qızı
“Əməkdar
jurnalist”
Cahangirov Rövşən
Qiyas oğlu - kapitan
“Əməkdar
tibb işçisi”
Əlirzayeva Heyranə
Tofiq qızı - baş gizir
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
16 avqust 2017-ci il
Azərbaycan.- 2017.-16 avqust.-
S.2.