Əfqanıstan İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Əşrəf Qaniyə

 

Hörmətli cənab Prezident,

Əfqanıstan İslam Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Əfqanıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əfqanıstan xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 16 avqust 2017-ci il.

 

Azərbaycan.- 2017.-19 avqust.- S.1.