Boliviyanın xarici işlər naziri ulu öndər Heydər
Əliyevin məzarını və Şəhidlər
xiyabanını ziyarət edib
Azərbaycanda səfərdə olan Boliviya Çoxmillətli Dövlətinin xarici işlər naziri Fernando Uanakuni Mamani avqustun 18-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gedən nazir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan
paytaxtının mənzərəsini seyr
edən qonağa Şəhidlər
xiyabanının tarixi və şəhərimizdə
görülən abadlıq-quruculuq işləri barədə
məlumat verilib.
Azərbaycan.-
2017.-19 avqust.- S.2.