Göygöldə ulu öndər
Heydər Əliyevin abidəsini ziyarət
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da Göygöl rayonuna səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, dövlət başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Göygöl şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Göygöl
Rayon İcra Hakimiyyətinin
başçısı Arif Seyidov Prezident İlham Əliyevə abidənin yerləşdiyi
ərazidə aparılan abadlıq-quruculuq işləri barədə
məlumat verdi. Bildirildi
ki, bu ərazi istər
rayon sakinlərinin, istərsə də Göygölün qonaqlarının istirahət
üçün üz
tutduqları ən sevimli məkanlardan biridir.
***
Prezident İlham Əliyev
Göygöldəki Qələbə parkında yaradılan
şəraitlə tanış olmuş əsaslı şəkildə
yenidən qurulan 4 saylı körpələr evi-uşaq
bağçasının,
Aşağı Zurnabad qəsəbəsi ərazisində
3 MVt-luq “Çiçəkli” Su Elektrik Stansıyasının
əsaslı yenidənqurmadan sonra istismara verilməsində,
Respublika Süni Mayalanma Mərkəzinin
açılışında iştirak etmiş, Kənd Təsərrüfatı
Nazirliyinin Göygöl Rayon İdarəsinin inzibati-labaratoriya
binasında və zona baytarlıq labaratoriyasında
yaradılan şəraitlə tanış olmuşdur
Azərbaycan.-
2017.- 20 avqust.- S.1.