Göygöldə Respublika Süni Mayalanma Mərkəzi
fəaliyyətə başlayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da Göygöl rayonuna səfəri çərçivəsində Respublika Süni Mayalanma Mərkəzinin açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Göygöl rayonunda Respublika Süni Mayalanma Mərkəzinin layihələndirilməsinə və tikintisinə dövlət başçısı İlham Əliyevin 2014-cü ildə imzaladığı sərəncamla start verilib. Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirmək baxımından bu mərkəzin müstəsna rolu var. Respublika Süni Mayalanma Mərkəzinin ümumi ərazisi 3,26 hektardır. Ərazidə enerji təchizatı obyektləri, su hovuzları və nasosxana, kanalizasiya şəbəkəsi, yanğınsöndürmə sistemi, kənd təsərrüfatı texnikalarının saxlanması üçün qaraj, silos anbarı və digər yardımçı binalar tikilib. Ötən dövrdə Respublika Süni Mayalanma Mərkəzi ilə paralel olaraq ölkədə 12 regional süni mayalanma məntəqəsi də yaradılıb.
Kənd təsərrüfatı naziri Heydər Əsədov Respublika Süni Mayalanma Mərkəzi barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, mərkəzin kompleksinə üçmərtəbəli inzibati-laboratoriya binası, tövlə, yem anbarı və yemhazırlama sahəsi, baytarlıq klinikası, karantin məntəqəsi daxildir.
Dövlət başçısına kənd təsərrüfatı informasiya sistemi vasitəsilə interaktiv statistika barədə məlumat verildi. Bildirildi ki, indiyədək 115 min 488 fermer qeydiyyata alınıb. Həmçinin bugünədək 41 min 42 baş heyvan süni mayalandırılıb. Süni mayalandırmadan 19 min 385 buzov doğulub. İndiyədək 3 milyon 179 min 400 manat məbləğində subsidiya verilib.
Binanın birinci mərtəbəsində nümayiş zalı yaradılıb.
Prezident İlham Əliyevə nümayiş zalında tərəfdaşlarla əməkdaşlığı, istehsal olunan genetik materialların marketinqinin təşkili, mərkəzdə görülən işlər barədə məlumat verildi. Hazırda mərkəzdə 36 baş törədici heyvan var. Onlardan beşi qaramal, biri isə camış cinsidir. Mərkəzin iş prinsipinə uyğun olaraq, genetik materiallar istehsal olunan sahə ilə inzibati hissə bir-biri ilə təcrid edilib. Nümayiş zalı elə qurulub ki, pəncərədən laboratoriya və istehsal sahəsində gedən prosesləri izləmək mümkündür. Nümayiş zalında Mərkəzdə saxlanılan törədici heyvanlar barədə kataloq məlumatları da var.
Üçmərtəbəli
inzibati-laboratoriya binasının ümumi sahəsi 2320 kvadratmetrdir.
Laboratoriyada Fransanın bu
sahədə aparıcı şirkətinin istehsal
etdiyi ən müasir
avadanlıq quraşdırılıb. Bundan
başqa, bu
avadanlıqla işləmək üçün
laboratoriya heyətinə təlimlər də
keçirilib. Burada temperatur və havada azotun miqdarının
təyini avtomatik idarə olunur. Laboratoriya bölməsinin
bir hissəsində genetik materialın satış mərkəzi
yerləşir. Kompleksdə azot
çəni və azot təchizatı şəbəkəsi qurulub.
Regionlardakı süni mayalanma
məntəqələrinə azot xüsusi avtomobillərlə daşınır.
Binanın ikinci mərtəbəsində
isə təlim mərkəzi və təlimdə iştirak edənlər üçün
yataqxana, mətbəx,
camaşırxana və
60 nəfərlik toplantı
zalı yerləşir.
Binada mərkəzləşdirilmiş kompüter və videobaxış sistemləri
quraşdırılıb. Bu sistem istənilən
zaman Bakıdan, eləcə də digər bölgələrdən
Respublika Süni Mayalanma Mərkəzində
aparılan işləri
müşahidə etməyə
imkan yaradır.
Dövlət başçısı mobil
laboratoriya və genetik materialların paylanması üçün
istifadə edilən avtonəqliyyat vasitələrinə
də baxdı. Burada, eyni
zamanda, maye azotun daşınması üçün nəzərdə
tutulan xüsusi təyinatlı avtomobillər
də var.
Prezident İlham Əliyev müəssisənin istehsalat sahəsində də oldu. Kompleksin tövlə binası, o cümlədən tövlənin havalandırma və işıqlandırma sistemləri ən müasir standartlara uyğun olaraq qurulub. Tövlənin daxilindəki temperatur və nəmlik, heyvanların yemlənməsi, peyinin təmizlənməsi prosesləri tam surətdə avtomatik idarə olunur. Biotəhlükəsizlik tələblərinə uyğun olaraq tövlə daxilinə yemləmə və təmizləmə üçün traktorlar və digər mexanizmlər buraxılmır. Kompleksdə saxlanılan heyvanların hərəkəti üçün diametri 14 metr olan avtomatlaşdırılmış qurğu quraşdırılıb. Burada baytarlıq klinikası da inşa olunub.
Kompleksin yem anbarı və yemhazırlama sahəsində Almaniya istehsalı olan paylayıcı qurğu quraşdırılıb. Xüsusi proqramla təchiz edilən bu qurğu yem rasionuna görə hər bir heyvanın önünə müvafiq miqdarda yem tökmək imkanına malikdir. Burada müxtəlif növ yemlər hazırlanaraq qarışdırıcıya, oradan isə yempaylayıcı qurğuya verilir.
Mərkəzdə toxum götürülən heyvanların saxlanıldığı tövlədən normalara uyğun müvafiq məsafədə yeni alınmış heyvanlar üçün ümumi sahəsi 340,8 kvadratmetr olan karantin məntəqəsi inşa edilib.
Qeyd edək ki,
Göygöldə istifadəyə verilən Respublika
Süni Mayalanma Mərkəzi
ölkədə qaramalın çoxaldılması üçün damazlıq materialına olan tələbatı tam
qarşılayacaq və yerli heyvan cinslərindən istifadə olunmaqla yetişdirilmiş
cinslərin də genetik imkanlarından faydalanmağa şərait yaradacaq.
Azərbaycan.-
2017.- 20 avqust.- S.4.