Ə.Ə.Ələkbərovun “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu
İdarəsinin İdarə Heyətinin sədri təyin edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Əsgər Əyyub oğlu Ələkbərov “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 avqust
2017-ci il
Azərbaycan.- 2017.-22 avqust.- S.7.