Gədəbəy limonad zavodu istifadəyə verilib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev avqustun 20-də “Gədəbəy
Mineral Suları” MMC-nin illik istehsal gücü 6 milyon litr olan
limonad zavodunun açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı müəssisə ilə tanış oldu.
Məlumat verildi ki, Gədəbəy rayonunun Zəhmət kəndində, iki hektar ərazidə fəaliyyətə başlayan və ümumi dəyəri 4 milyon manat olan zavodun yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1,6 milyon manat güzəştli kredit verilib. Bu müəssisədə 0,33, 0,75 və 1,5 litrlik plastik qablarda armud, tərxun, limon və üzüm limonadları istehsal edilir. Limonad istehsalı korpusu 3500 kvadratmetrdir. Buraya anbar və istehsal sahəsi daxildir. Texnoloji xəttin başlanğıcında qablar İtaliya şirkətinin avadanlığı ilə şişirdilir. Limonadın xammalı Almaniyanın “Döhler” şirkətindən alınır və avtomatik sistemdə hazırlanır. İstehsalatda istifadə olunan kompressorlar isə Belçika avadanlığıdır.
Prezident İlham Əliyev müəssisəni işə saldı.
Qabların doldurulması,
qapaqların bağlanması, etiketləmə və paketləmə
işlərinin həyata keçirildiyi zavodda istifadə olunan su öz mənbəyini dağlardan götürməklə yüksək
keyfiyyət göstəricilərinə malikdir.
Lakin su istehsal prosesinə buraxılmazdan əvvəl
təkrarən təmizləyici qurğulardan
keçirilir. Hazırda müəssisədə
25 nəfər çalışır və gələcəkdə
istehsalın artırılması hesabına işçilərin
sayının 50-yə çatdırılması nəzərdə
tutulub. Zavod öz əhatə dairəsini getdikcə
genişləndirir. Təsadüfi deyil ki, ərazidə ümumi dəyəri 3,4 milyon
manat olan süfrə
suları istehsalı zavoduna
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1,9 milyon
manat güzəştli kredit
ayrılıb və zavodun illik
istehsal gücü
12,8 milyon litrə
çatdırılıb. Süfrə suları
istehsalı zavodu müasir
tələblərə cavab verən
avadanlıq əsasında qurulub. Zavod müxtəlif çeşiddə, o cümlədən 0,5 və 1 litrlik
şüşə, həmçinin plastik
qablarda süfrə suları istehsal edir. Bu layihənin icrası nəticəsində
40-dək yerli sakin
işlə təmin olunub. Zavodda
istehsal olunan süfrə
suları hazırda Rusiya Federasiyasına ixrac edilir və ərəb
ölkələrinə ixracı istiqamətində
danışıqlar aparılır. Artıq limonadın İraq Respublikasına ixrac
olunması üçün müqavilə
bağlanıb. İlkin olaraq
müxtəlif çeşiddə 100 ton limonad avqustun sonunda İraqa ixrac ediləcək.
Azərbaycan.-
2017.- 22 avqust.- S.2.