Prezident, Ali Baş Komandan İlham Əliyev
Müdafiə Nazirliyinin Mobil
Səhra Cərrahiyyə Hospitalının imkanları ilə
tanış olub
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev avqustun 20-də Şəmkir rayonuna səfəri çərçivəsində Müdafiə Nazirliyinin Mobil Səhra Cərrahiyyə Hospitalının imkanları ilə tanış olub.
Bu gün artıq hamıya məlumdur ki, Azərbaycan ordusu nəinki regionun, eləcə də dünyanın ən peşəkar ordularından biridir. Şübhəsiz ki, peşəkar ordu xalqın müstəqilliyinin əbədi olmasını şərtləndirən mühüm amillərdəndir. Azərbaycanda ordu quruculuğuna dair bütün mühüm tədbirlər ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. Odur ki, 2003-cü ildən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar ordumuzun gücünü daha da artırır. Müdafiə Nazirliyinin Mobil Səhra Cərrahiyyə Hospitalının alınması da son illərdə ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərin tərkib hissəsidir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə 2013-cü ildə Türkiyə Respublikasının “Turmaks” firmasından ən müasir tibbi avadanlıqla təchiz edilmiş Mobil Səhra Cərrahiyyə Hospitalı alınaraq Silahlı Qüvvələrin istifadəsinə verilib. Əsas hissəsi 8 konteynerdən və 9 çadırdan ibarət olan mobil hospitalda gün ərzində 100 cərrahi əməliyyat aparmaq mümkündür.
AZƏRTAC xəbər verir ki, müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısına səyyar
hospital barədə məlumat
verildi. 2013-cü ilin iyun ayının 24-də Silahlı Qüvvələrin
Baş Klinik Hospitalında açılaraq
dövlətimizin başçısına
təqdim edilən bu Mobil Səhra Cərrahiyyə Hospitalı
Silahlı Qüvvələrə
təhvil verildiyi gündən indiyədək
döyüş bölgələrində
təyinatı üzrə
fəaliyyət göstərib,
2016-cı ilin aprel döyüşlərində yaralı
və xəstələrə
tibbi yardım göstərilməsi zamanı
praktiki olaraq sınaqdan keçirilib.
Hospital 2,5 min kvadratmetr
sahədə açılır.
Açıldıqdan bir saat sonra xəstələri qəbul edə, 4-6 saatdan sonra isə
öz funksiyasını
tam yerinə yetirə
bilir. Burada gündə 150-dək xəstəyə tibbi xidmət göstərmək
mümkündür. Hospital
yaralıların və
xəstələrin qəbulu,
qeydiyyatı və diaqnozun qoyulması üçün nəzərdə
tutulan çeşidləmə,
idarəetmə və
rabitə, həmçinin
diaqnostika çadırlarından
ibarətdir. Diaqnostika çadırında
müayinələr aparmaq
üçün rəqəmsal
rentgen, USM, 12 kanallı
elektrokardioqraf aparatları
və 24 göstəricini
eyni zamanda verən qan analizatoru mövcuddur.
Həmçinin hospitalın
2 əməliyyat, 2 intensiv
terapiya bloku və hər birində 8 çarpayı
olan 6 müalicə çadırı var. Hospitalın
özəlliyi onun konteyner və çadırlarının qısa
müddətə hazır
vəziyyətə gətirilməsindədir.
Konteynerləri 5-7, çadırları isə 7-9 dəqiqəyə
hazırlamaq mümkündür.
Bu isə hospitalın
daşınma prosesini
asanlaşdırır. Səyyar
hospital şəxsi heyətin
yataqxanası, aptek, mətbəx, hamam və sanitar qovşaqla təchiz olunub. Bütün konteynerlərdə və çadırlarda işıq, mərkəzləşdirilmiş
havalandırma və yanğın əleyhinə
xüsusi sistemlər quraşdırılıb. Mobil
Səhra Cərrahiyyə
Hospitalının tam həcmdə
fəaliyyəti üçün
25 nəfər həkim
və digər hərbi qulluqçular, ümumilikdə 88 nəfər
nəzərdə tutulub.
Azərbaycan.- 2017.- 22 avqust.- S.5.