İsmail Serageldin: “Gələcəyin
liderləri ilə birlikdə işləmək qısa
müddətdə öz faydasını
verəcək”
“Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Bakıda Qlobal Gənc Liderlər Forumunu təşkil etməsindən çox məmnunam. Adətən cəmiyyətdə təcrübəsi olan insanlardan, o cümlədən siyasi, ictimai xadimlərdən, sabiq dövlət və hökumət başçılarından və digər nüfuzlu şəxslərdən nə isə öyrənilir. Lakin gələcəyin liderlərini də yaddan çıxarmaq olmaz”.
Bu
fikirləri AZƏRTAC-a müsahibəsində Nizami
Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə
Kitabxanasının sabiq direktoru
İsmail Serageldin
söyləyib. O deyib ki,
gələcəyin liderləri çox gənc,
eyni zamanda, fəal
insanlardır. Onlar yeni
şəbəkə yaradacaq. Bu, həm Nizami Gəncəvi
Beynəlxalq Mərkəzi, həm Bakı, həm də Azərbaycan
üçün dost olan yeni şəbəkə
olacaq. Bir yerdə
işləmək və ideyaları bölüşmək çox qısa müddətdə öz faydasını verəcək.
Azərbaycan.-
2017.-22 avqust.- S.9.