Latviyanın sabiq Prezidenti:
“Qlobal Gənc
Liderlər Forumu əla ideyadır”
Bu gün Bakı dünyanın ayrı-ayrı ölkələrindən fərqli düşüncəyə və mədəniyyətə malik gəncləri bir araya toplayıb. Qlobal Gənc Liderlər Forumu əla ideyadır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Forumda iştirak edən Latviyanın sabiq Prezidenti Valdis Zatlers deyib.
“Forumun böyük əhəmiyyəti var. Buraya toplaşanlar fikir və təcrübə mübadiləsi aparırlar. Forum iştirakçıları həm də müxtəlif peşələrin sahibləridir. Onlar fərqli siyasi quruluşa malik ölkələrdən gəliblər. Beləliklə, bu Forum müxtəlif düşüncəyə və baxışa malik insanların bir-biriləri ilə dil tapmasına, ortaq fikrə gəlməsinə kömək edir. Mən bu cür tədbirin keçirilməsindən çox məmnunam. Fikir mübadiləsi aparmaq problemlərin həllində ən yaxşı yoldur”, - deyə sabiq Prezident bildirib.
Valdis Zatlers qeyd edib
ki, Qlobal Gənc Liderlər
Forumu gənclərin təcrübəli insanlarla görüşdüyü
yeni platformadır. Gənc liderlər bu imkandan istifadə edərək
tanınmış siyasi xadimlərin təcrübələrindən
yararlana bilərlər. Nəzərə alsaq ki, Azərbaycanın
belə tədbirlər keçirmək sahəsində böyük təcrübəsi var, Bakı bu Forum üçün ən
gözəl məkandır.
Azərbaycan.-
2017.-22 avqust.- S.9.