Hikmət Çətin: “Qlobal
Gənc Liderlər Forumu üzləşdiyimiz
problemlərin həllinə töhfə verəcək”
Qlobal Gənc Liderlər Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin reallaşdırdığı önəmli tədbirlərdən biridir. Gələcəyə baxmaq, problemlərin həllinə müxtəlif baxışlardan, nöqteyi-nəzərlərdən yanaşmaq lazımdır. Bu gün dünyamız bir çox problemlərlə qarşılaşıb. Elə problemlər var ki, həllini tapmayıb. Müharibələr, eləcə də etnik, məzhəb qarşıdurmaları mövcuddur. Bəzi həll olunmamış problemlər var ki, onların həllində ümid gənclərədir. Ona görə də gənclərə yol açmaq, onların gələcək liderlər kimi proseslərdə fəal iştirakına şərait yaratmaq çox önəmlidir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin söyləyib.
Sabiq nazir deyib: “Qlobal
Gənc Liderlər Forumu dünyanın hər
yerindən - Afrikadan, Asiyadan,
Amerikadan, Avropadan gəncləri
bir araya gətirərək
onlara mühüm
problemləri müzakirə etmək imkanı yaradır. Daha yaxşı dünyanı qurmaq
üçün nə etmək
lazımdır? Dünyanın gələcəyi gənclərə
bağlıdır. Gənclərin bacarığına
inanıram. Bu baxımdan Qlobal
Gənc Liderlər Forumu üzləşdiyimiz
problemlərin həllinə böyük
töhfə verəcək. Bu Forum həm Azərbaycan, həm bölgə, həm
də dünya üçün
çox önəmlidir”.
Azərbaycan.-
2017.-22 avqust.- S.9.