Sabiq Prezident
Petar Stoyanov: “Azərbaycan çox gözəl, nadir və
tolerant ölkədir”
Mənim Azərbaycana xüsusi sevgim var. Azərbaycan çox gözəl, nadir
və tolerant ölkədir.
Bu fikirləri
AZƏRTAC-a müsahibəsində Qlobal Gənc Liderlər Forumunda iştirak edən Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov deyib.
Sabiq Prezident bildirib ki, Azərbaycanda müxtəlif dinlərə mənsub insanlar sülh şəraitində birgə yaşayırlar. Bu Forum kimi mühüm beynəlxalq tədbirlərin keçirilməsi üçün Azərbaycan əla məkandır. Hər dəfə Bakıya gələndə paytaxtınızın necə dəyişdiyinin şahidi oluram.
Qlobal Gənc Liderlər Forumunun əhəmiyyətinə toxunan Petar Stoyanov
vurğulayıb ki, gənc liderlər bizim gələcəyimizdir və buna görə də Forum
çərçivəsində biz onlarla öz təcrübəmizi,
ideyalarımızı, mövqelərimizi bölüşürük.
Müzakirə olunan mövzuların
aktuallığı, irəli sürülən yeni ideyalar, təkliflər,
gənclərin fəallığı Forumun
uğurlu nəticələr verəcəyini
deməyə əsas verir.
Azərbaycan.-
2017.-23 avqust.- S.2.