Mobaşar Caved Akbar:
" Prezident İlham
Əliyevin rəhbərliyi ilə
Azərbaycan sabitlik və inkişaf əldə edib"
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev noyabrın 30-da Hindistan Respublikasının xarici işlər üzrə dövlət naziri Mobaşar Caved Akbarın başçılıq etdiyi
nümayəndə heyətini
qəbul edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycana səfərindən böyük məmnunluq hissi keçirdiyini vurğulayan Hindistanın xarici işlər üzrə dövlət naziri Mobaşar Caved Akbar dedi: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Sizin rəhbərliyinizlə ölkənizdə əldə edilən sabitlik və inkişafla bağlı Hindistanın Baş naziri, rəhbərliyi və xalqı adından Sizi təbrik edirəm”.
Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Azərbaycanın müstəqillik illərində böyük uğurlar əldə etdiyini, sabit və sürətlə inkişaf edən ölkəyə çevrildiyini vurğuladı.
Dövlətimizin başçısı Hindistan Respublikasının xarici işlər üzrə dövlət naziri Mobaşar Caved Akbarın ölkəmizə bu səfərinin ikitərəfli münasibətlərimizin perspektivlərinin müzakirə edilməsi üçün yaxşı imkan yaratdığını dedi.
Söhbət
zamanı “Asiyanın Qəlbi – İstanbul
Prosesi” çərçivəsində
Bakıda keçiriləcək Nazirlər Konfransının regional əməkdaşlığın
gücləndirilməsi, Əfqanıstana beynəlxalq səviyyədə
göstərilən dəstəyin artırılması
baxımından önəmi qeyd edildi.
Azərbaycan.- 2017.-1 dekabr.- S.1.