Muzey Sərvətləri və Xatirə
Əşyalarının Elmi-Bərpa Mərkəzinin əməkdaşlarına
“Əməkdar mədəniyyət işçisi”
fəxri adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda muzey eksponatlarının qorunması, bərpası və konservasiyasında səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilsin:
Əliyeva Bəstixanım İsgəndər qızı
Əliyeva Ruhəngiz Ağabala qızı
Quliyeva Sima Əhməd qızı
Sadıxova Nairə Hafiz qızı
Tağıyeva Xatirə Sətdar qızı.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
30 noyabr 2017-ci il
Azərbaycan.- 2017.-1 dekabr.-
S.2.