Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı
üzrə Dövlət Komissiyasının yaradılması
haqqında” 2005-ci il 1 iyun
tarixli 834 nömrəli, “İxrac
Nəzarəti üzrə Komissiyanın və idarələrarası
ekspertlər qrupunun yaradılması
haqqında” 2006-cı il 19 dekabr
tarixli 1839 nömrəli və “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyası
üzrə Milli Fəaliyyət Qrupunun yaradılması haqqında” 2013-cü il 29 may tarixli
2918 nömrəli sərəncamlarında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təşkili ilə əlaqədar qərara alıram:
1. “Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 iyun tarixli 834 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 6, maddə 493, ¹ 10, maddə 968; 2006, ¹ 7, maddə 588, ¹ 9, maddə 743; 2007, ¹ 5, maddə 459; 2009, ¹ 4, maddə 233; 2010, ¹ 2, maddə 80, ¹ 7, maddə 620; 2012, ¹ 12, maddə 1291; 2013, ¹ 3, maddə 292; 2014, ¹ 2, maddə 112, ¹ 5, maddə 477, ¹ 11, maddə 1414; 2015, ¹ 8, maddə 957; 2016, ¹ 5, maddə 861, ¹ 9, maddə 1518) 1-ci hissəsinə “Müəllif Hüquqları Agentliyinin” sözlərindən sonra “İdarə Heyətinin” sözləri əlavə edilsin.
2. “İxrac Nəzarəti üzrə Komissiyanın və idarələrarası ekspertlər qrupunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 1839 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 12, maddə 1098; 2007, ¹ 7, maddə 732; 2009, ¹ 2, maddə 113; 2014, ¹ 2, maddə 112) 1-ci hissəsinə “Müəllif Hüquqları Agentliyinin” sözlərindən sonra “İdarə Heyətinin” sözləri əlavə edilsin.
3. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası üzrə Milli Fəaliyyət Qrupunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 may tarixli 2918 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013,
¹ 5, maddə 558; 2014, ¹ 5, maddə 477, ¹ 11, maddə 1414; 2016, ¹ 5, maddə 861) 1-ci hissəsinə “Müəllif Hüquqları Agentliyinin” sözlərindən sonra “İdarə Heyətinin” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 noyabr
2017-ci il
Azərbaycan.- 2017.-1 dekabr.-
S.2.