Rumıniyanın Prezidenti Zati-aliləri cənab Klaus Verner İohannisə

 

Hörmətli cənab Prezident,

Rumıniyanın milli bayramıBirlik Günü münasibətilə Sizi bütün xalqınızı öz adımdan Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Rumıniyanı strateji tərəfdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, daim genişlənən dostluq əlaqələrimiz, ikitərəfli çoxtərəfli qaydada müvəffəqiyyətlə davam edən əməkdaşlığımız bundan sonra da ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Rumıniya xalqına daim əmin-amanlıq firavanlıq diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 noyabr 2017-ci il.

 

Azərbaycan.- 2017.-1 dekabr.- S.2.