Əfqanıstan Prezidenti Məhəmməd
Əşrəf Qani Azərbaycana işgüzar səfərə gəlib
Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani noyabrın 30-da Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qanini hava limanında Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov, Azərbaycanın Türkmənistan və Əfqanıstandakı səfiri Həsən Zeynalov və digər rəsmi şəxslər qarşıladılar.
Azərbaycan.- 2017.-1 dekabr.- S.6.